“Ayntraxt” Bakıda problem yaşadı, saatları boşa verdi “Qarabağ”a bu futbolçular qol vurmaq istəyəcək
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
“Kicker”in dünən “Ayntraxt”la birgə Bakıya gələn reportyoru Yulian Franzke oyunöncəsi durumu əhatə edən reportaj hazırlayıb.
“Football-plus.az” sizi həmkarımızın paytaxtımızdan qeydləriylə tanış edir:
“Səyahət problemlə başladı. Belə ki, son cinah müdafiəçisi Nataniel Braun və ehtiyat qapıçı Mihael Zetterer üçün əvvəlcədən təqdim edilmiş sənədlərdə səhv aşkarlandı. Buna klub rəhbərliyi yol vermişdi. Vizalar üçün yenidən müraciət edilməliydi. Ölkədə olan Hüzn Günüylə bağlı bu proses bir neçə saat uzandı. Hər halda, sonda hər kəsin ölkəyə girişinə icazə verildi. Sonra oyunun keçiriləcəyi stadionun durumuyla tanış olduq. Bu idman qurğusu almaniyalı futoblsevərlərə tanış olan Tofiq Bəhramovun adını daşıyır. Ot örtüyündə qar var idi, ancaq klubdan bu məsələyə görə narahatlığın olmayacağı bildirildi. Oyuna gəlincə, “Ayntraxt” həm “Qarabağ”ı, həm də “Tottenhem”i məğlub etməyə məcburdu. “Qarabağ”ın isə “Liverpul”dan xal alacağına inanmaq çətindi. Odu ki, bütün gücünü sərf edib “Ayntraxt”ı məğlub etməyə çalışacağı göz önündədi. Bəs “Ayntraxt”ın qollarını kim vuracaq? Klub yeni transfer etdiyi hücumçuların adlarını iştirak ərizəsinə daxil edə bilməyib. Yəqin ki, hücum xəttində Ritsu Doan, Ansqar Knauff və Can Uzun yer alacaq. “Ayntraxt” meydana ya 4-3-3, ya da 3-4-3 taktiki sxemiylə çıxacaq. Knauff çox sürətlidi. Görünür, məşqçilər onun məhz bu xüsusiyyətindən faydalanmaq istəyir. Uzun isə “yalançı 9 nömrə” kimi çıxış edəcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Yanvar 2026 20:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















