Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ayntraxt"la oyun karyeramın ən vacib matçıdır" - Bikalyo "Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün çox kədərli gündür.
Bundan 26 il əvvəl çoxlu insan müstəqillik üçün küçələrə axın etmişdi və həyatlarını qurban vermişdi. Allah onlara rəhmət etsin".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Bikalyo Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah "Ayntraxt"a qarşı keçirəcəkləri ev oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
24 yaşlı yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə görüşün komandası üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Oyunla bağlı deyə bilərəm ki, bu, Çempionlar Liqasıdır.
Bizm üçün çox önəmli matçdır. Bildiyiniz kimi, biz Türkiyədə idik və orada kiçik təlim-məşq toplanışı keçdik. Bu da bizim üçün vacib idi.
İnanıram və ümid edirəm ki, təlim-məşq toplanışında üzərində işlədiklərimizi sabahkı oyunda həyata keçirə biləcəyik".
Braziliyalı futbolçu sabahkı oyunun öz karyerası üçün də xüsusi önəm kəsb etdiyini qeyd edib: "Turnirin nəhəngliyini və oyunun vacibliyini nəzərə alsaq, əminliklə deyə bilərəm ki, doğrudan da bu matç mənim karyeram üçün də çox vacibdir.