Icma.az
close
up
RU
Ayntraxt la oyun karyeramın ən vacib matçıdır Bikalyo

Ayntraxt la oyun karyeramın ən vacib matçıdır Bikalyo

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Ayntraxt"la oyun karyeramın ən vacib matçıdır" - Bikalyo

"Bu gün 20 yanvardır. Bilirəm ki, ölkə üçün çox kədərli gündür. Bundan 26 il əvvəl çoxlu insan müstəqillik üçün küçələrə axın etmişdi və həyatlarını qurban vermişdi. Allah onlara rəhmət etsin".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Pedro Bikalyo Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda sabah "Ayntraxt"a qarşı keçirəcəkləri ev oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

24 yaşlı yarımmüdafiəçi Frankfurt təmsilçisi ilə görüşün komandası üçün əhəmiyyətli olduğunu vurğulayıb: "Oyunla bağlı deyə bilərəm ki, bu, Çempionlar Liqasıdır. Bizm üçün çox önəmli matçdır. Bildiyiniz kimi, biz Türkiyədə idik və orada kiçik təlim-məşq toplanışı keçdik. Bu da bizim üçün vacib idi. İnanıram və ümid edirəm ki, təlim-məşq toplanışında üzərində işlədiklərimizi sabahkı oyunda həyata keçirə biləcəyik". 

Braziliyalı futbolçu sabahkı oyunun öz karyerası üçün də xüsusi önəm kəsb etdiyini qeyd edib: "Turnirin nəhəngliyini və oyunun vacibliyini nəzərə alsaq, əminliklə deyə bilərəm ki, doğrudan da bu matç mənim karyeram üçün də çox vacibdir. Qalib gələcəyimiz halda nələr olacağını təsəvvür edə bilirsiniz".

O, "Yenidən oyunun ən yaxşısı seçilmək kimi bir məqsədiniz varmı" salına belə cavab verib: "Belə bir məqsədim yoxdur. Əsas olan komandamızın qələbə qazanmasıdır. Oyundan sonra kimin matçın ən yaxşısı seçiləcəyi artıq başqa məsələdir. Matçın ən yaxşısı seçilmək kimi bir məqsədim yoxdur".

P.Bikalyo transfer iddialarına da münasibət bildirib. O, belə xəbərlərin "Ayntraxt"la matça köklənməyinə problem yaratmadığını söyləyib: "Qətiyyətlə deyə bilərəm ki, bu, mənə heç bir maneə törətmir. Bu oyun mənim karyeramın ən vacib matçıdır. Digər məsələlər Qurban Qurbanovun, klub rəhbərliyinin işləridir. Mən yalnız oyunu düşünürəm".

Xatırladaq ki, P.Bikalyo Çempiolar Liqasının Liqa mərhələsinin 1-ci turunda "Benfika" ilə oyunun (3:2) ən yaxşısı seçilmişdi.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Yanvar 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri