“Ayntraxt”dakı problemlər fonunda “Qarabağ”ın daha şanslı olduğunu düşünürəm” | Icma.az
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ” Çempionlar Liqasının VII turunda bu gün “Ayntraxt”la qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.
Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü: “Vacib, həlledici oyundur.
İki komandanın da demək olar, son şanslarıdır. Maraqlı, gərgin oyun olacaq. Daha az səhv edən qalib olacaq.
“Ayntraxt”da baş məşqçi dəyişib, aparıcı futbolçularının bəziləri oynamayacaq. Amma üstünlükləri odur ki, oyun ritmindən düşməyiblər.
Çempionatda hər həftə oyunları var və sürət baxımından “Qarabağ”dan öndədirlər”.
Mütəxəssis qış fasiləsinin “Qarabağ” üçün faydalı olduğunu bildirdi.
Tam oxu
Xəbəri oxu