Icma.az
close
up
RU
“Ayntraxt”dakı problemlər fonunda “Qarabağ”ın daha şanslı olduğunu düşünürəm”

“Ayntraxt”dakı problemlər fonunda “Qarabağ”ın daha şanslı olduğunu düşünürəm”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ” Çempionlar Liqasının VII turunda bu gün “Ayntraxt”la qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 21:45-də start veriləcək.

Millinin sabiq məşqçisi Şahin Diniyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Vacib, həlledici oyundur. İki komandanın da demək olar, son şanslarıdır. Maraqlı, gərgin oyun olacaq. Daha az səhv edən qalib olacaq. “Ayntraxt”da baş məşqçi dəyişib, aparıcı futbolçularının bəziləri oynamayacaq. Amma üstünlükləri odur ki, oyun ritmindən düşməyiblər. Çempionatda hər həftə oyunları var və sürət baxımından “Qarabağ”dan öndədirlər”.

Mütəxəssis qış fasiləsinin “Qarabağ” üçün faydalı olduğunu bildirdi. O, komandaların güclü və zəif tərəflərinə toxundu:

“Qarabağ” ilin sonunda yorğunluq yaşayırdı. Ehtiyat oyunçuların da azlığı komandaya çətinlik yaratmışdı. Ona görə bu fasilə onlarçün çox faydalı oldu. Hazırlıq oyunlarına da baxanda görürük ki, komanda pis durumda deyil. Oyun sürəti bu matçda həlledici amil olacaq. “Qarabağ” bu sürətə necə dözəcək, meydanda bilinəcək. Amma “Ayntraxt”dakı problemlər fonunda “Qarabağ”ın daha şanslı olduğunu düşünürəm.

“Ayntraxt” müntəzəm oynayır, bu, onları “Qarabağ”dan bir addım önə çıxarır. Bu sarıdan problemlər yaşaya bilər. Bildiyimə görə, heyətdə də itkiləri var. Almanların müdafiədən oynayacağını düşünmürəm. Açıq, sürətli futbola üstünlük verəcəklər. “Qarabağ” müdafiədə diqqətli olub, hücumdakı şanslardan yararlana bilsə, nəticə yaxşı ola bilər”.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Yanvar 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri