Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. CİNAYƏT İŞİ Qısa arayış...
2022-ci il oktyabrın 14-də Bakının Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olur.
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar.
Məlum olub ki, cinayət olayı Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” pub-restoranının qarşısında baş verib.Həmin gecə cinayəti törədən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Tərlan Qafarov saxlanılıb.Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.İstintaqla müəyyən edilib ki, Tərlan Qafarov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Əliyevanın onunla birlikdə yaşamaqdan imtina edib ayrılması səbəbindən qısqanclıq zəmnində qadını öldürmək qərarına gəlib.
Oktyabrın 14-ü gecə saat 2-də “Kəpənək” formalı açılıb-qatlanan bıçağı götürüb Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” adlı restoranının qarşısına gəlib.
Vüsalə Əliyeva işdən çıxandan sonra küçədə ona yumruqla zərbə vuraraq, yerə yıxıb.
Sonra bıçaqla qadının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 21 dəfə bıçaqla zərbə vurub və onun öləcəyini güman edərək, hadisə yerinən uzaqlaşıb.