Icma.az
close
up
RU
Ayrılmaq istəyən sevgilisinə 21 bıçaq vurdu Bakıda evli kişinin SEVGİ DRAMI

Ayrılmaq istəyən sevgilisinə 21 bıçaq vurdu Bakıda evli kişinin SEVGİ DRAMI

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il oktyabrın 14-də Bakının Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət olayı Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” pub-restoranının qarşısında baş verib.
Həmin gecə cinayəti törədən Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Tərlan Qafarov saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Tərlan Qafarov əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Əliyevanın onunla birlikdə yaşamaqdan imtina edib ayrılması səbəbindən qısqanclıq zəmnində qadını öldürmək qərarına gəlib. Oktyabrın 14-ü gecə saat 2-də “Kəpənək” formalı açılıb-qatlanan bıçağı götürüb Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 15 ünvanında yerləşən “Krevetka” adlı restoranının qarşısına gəlib. Vüsalə Əliyeva işdən çıxandan sonra küçədə ona yumruqla zərbə vuraraq, yerə yıxıb. Sonra bıçaqla qadının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 21 dəfə bıçaqla zərbə vurub və onun öləcəyini güman edərək, hadisə yerinən uzaqlaşıb. Vaxtında 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmişin həyatı xilas olunub.

İş üzrə dindirilmiş Tərlan Qafarov bildirib ki, 2017-ci ildə Sevda Qafarova ilə ailə həyatı qurub, nikahdan 2 övladları dünyaya gəlib. Taksi fəaliyyəti ilə məşğul olub:

“3 il əvvəl sosial şəbəkədə Vüsalə Əliyeva ilə tanış olmuşuq. Günlərin bir günü “Qara Qarayev” metrostansiyasının yanında görüşmüşük. Getdikcə aramızda yaxın münasibət yarandı. Tanış olandan 2 ay sonra arvadıma Vüsalə ilə münasibətim barədə danışdım. Sevda bunu çox pis qəbul etsə də, bir müddət sonra artıq həyatımda başqa qadın olduğunu qəbul etdi. Vüsalənin Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evə gedib-gəlirdim. Birlikdə yaşamağa başladıqdan sonra bir neçə dəfə Vüsalənin başqa şəxslərlə yazışdığını bildim. Qadın məni çox istədiyini, telefonla yazışdığı adamları çoxdan tanıdığını və bir daha yazışmayacağını söyləmişdi. Hadisədən təxminən 1 ay əvvəl Vüsalə Bakıxanov qəsəbəsində yerləşən restoranda işləməyə başlayandan sonra gəlib dedi ki, rəfiqələrinin sevgililəri onlara axırıncı model telefonlar, avtomobillər alırlar. Sevgilimə taksi sürücüsü olduğumu, istədiyi şeyləri almağa maddi imkanımın olmadığını bildirdim. Bundan sonra Vüsalənin mənə qarşı münasibəti dəyişdi. Məhz buna görə ondan ayrılıb arvadımın yanına qayıtdım. Oktyabrın 14-də yaşadığım evdən çıxıb, piyada Vüsalənin işlədiyi restoranın qarşısına gəldim. İşdən çıxan Vüsalə acıqlı şəkildə məndən niyə gəldiyimi soruşanda, kənara çəkilib 1-2 dəqiqə söhbət etmək istədiyimi dedim. Telefonuna zəng gəldiyini görüb kim olmasını soruşanda, qadın kobud cavab qaytardı. Həmin an ona yumruqla zərbə vurdum, Vüsalə arxası üstə yerə yıxıldı. Cibindən düşən telefonunu götürüb zəngə cavab verəndə, bir kişi məndən Vüsalənin harda olduğunu soruşdu. Həmin şəxsə qadını vurduğumu və hazırda yerdə olduğunu dedim. Vüsalə zəng edən adamın iş yoldaşı olduğunu söyləyəndə, əsəblərimə hakim ola bilmədim və gədəkçəmin  cibindən çıxardığım bıçaqla bədəninə xəsarətlər yetirməyə başladım. Qadının qışqırıq səsinə insanların yaxınlaşacağından qorxduğum üçün, əlimdə bıçaqla hadisə yerindən qaçdım. Təxminən 300 metrdən sonra kəsici aləti yerə atdım”.

Tərlan Qafarov əlavə edib ki, Vüsalə Əliyevanın restoranda ofisiant işləməsini və ondan ayrılmasını qəbul etməyib. Qadına qarşı olan sevgisi onu rahat buraxmadığından həmin gecə Vüsalə ilə barışmağa yollanıb, onu öldürmək istəməyib. Aralarında baş verən mübahisələr zamanı təhqirlər qarşılıqlı olub. Vüsaləyə 21 bıçaq zərbəsi vurduğunu öyrəndikdə özü şoka düşüb.
Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, heç vaxt rəsmi ailə həyatı qurmayıb. Nəzrin adlı 17 yaşlı qızı Biləsuvar rayonunda valideynləri ilə birlikdə yaşayır:

“Aramızdakı mübahisələrə Tərlan Qafarovun həddən artıq məni qısqanması səbəb oldu. Avtomobil və telefon tələb etməyimlə bağlı Tərlanın söylədikəri tamamı ilə yalandır. Mənim restoranlarda ofisiant kimi işləməyimi, kişi iş yoldaşlarımla əlaqəmin olmasını qəbul edə bilmirdi, məni tez-tez təhqir edirdi. Buna görə münasibətimiz soyudu və ayrıldıq. Oktyabrın 14-də gecə saat 3 radələrində restorandan çıxanda küçədə Tərlanı gördüm. Niyə gəldiyini soruşanda, Qafarov ölkədən getmək istədiyini və sağollaşmağa gəldiyini dedi. Allah yolunu açıq etsin, hara gedirsən get deyib, sözümü qurtarmamış, Tərlan “yox” cavabı verdi, qolumdan tutub, məni kənara dartdı.

Bıçaqla mənə çoxsaylı zərbələr vurdu. Huşumu itirdiyimdən sonrakı hadisələri xatırlamıram”.


Şahid Əli Məmmədov bildirib ki, oktyabrın 14-də Vüsalə işdən çıxandan 1-2 dəqiqə sonra ona zəng etdikdə, Tərlan Qadarov aqressiv cavab verərək, ondan kim olduğunu soruşub:

“Vüsalənin iş yoldaşı olmağımı söylədim. Qadının səsindən artıq onun həyatının təhlükədə olmasını anladım. Telefonu söndürmədən restorandan küçəyə çıxdım. İş yoldaşımın qışqırıq səslərini eşidib həmin istiqamətdə qaçdım. Qaranlıq olsa da, Tərlanın bıçaq zərbələri vurmasını gördüm. Məni görən kimi Qafarov qaçdı. Vüsaləyə yaxınlaşanda o, heç nə söyləməyib ağlayırdı. Restoranın inzibatçısı və adlarını xatırlamadığım işçilər köməyə gəldilər. Yaralanan qadını Təcili Yardım avtomobili ilə xəstəxanaya yola saldıq”. 


Şahid qismində dindirilmiş Sabunçu rayon Mühafizə İdarəsinin polis nəfəri Kamran Həsənov ifadəsində göstərib ki, oktyabrın 13-dən 14-nə keçən gecə polis nəfəri Yalçın Hüseynovla Bakıxanov qəsəbəsində xidmətdə olub:

“Gecə saat 3 radələrində restoran tərəfdən səs-küy eşidib, ora yaxınlaşdıq. Küçədə qadının bıçaqlanaraq, yerdə uzandığını və insanların onun ətrafına toplaşdıqlarını gördük. Dərhal avtomobili Vüsalə Əliyevanı bıçaqlayan şəxsin qaçdığı istiqamətdə idarə etdim. Təxminən 300 metr getdikdən sonra yaşayış binasının qarşısında hərəkət edən bir nəfəri görüb maşını yanında saxladım.

Hər ikimiz avtomobildən çıxaraq Tərlan Qafarova özümüzü təqdim etdik. Tərlan bir az əvvəl qadını vurduğunu etiraf etdu və bıçağı atdığı yeri göstərdi. Cinayəti törədən şəxsi 13-cü bölmənin əməkdaşlarına təhvil verdik”.


Məhkəmə iclasında Tərlan Qafarov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva təqsirləndirilən şəxsi bağışladığını və ona qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə nəticəyə gəlib ki, Tərlan Qafarovun Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam subuta yetirilib. Qafarova həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Tərlan Qafarov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Dekabr 2024 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri