Azertag saytına istinadən Icma.az xəbər verir. Bakı, 5 sentyabr, Tatyana İvanayeva, AZƏRTAC AZƏRTAC inklüziv cəmiyyət mövzusunu davam etdiri
Müxbirimiz bu dəfə “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova ilə söhbət edib.
Birliyin fəaliyyət sahələri ilə tanış olduqdan sonra başa düşürsən ki, inklüzivlik, ilk növbədə, hər kəs üçün əlçatan bir mühitdir, burada fərdi yanaşma var, o, insana öz potensialını göstərməyə, özünü təhlükəsiz hiss etməyə və güclü tərəflərini inkişaf etdirməyə imkan verir.
İnklüziv məkan yaratmaq heç də asan iş deyil. Çünki onun uğurla həyata keçirilməsi prosesin bütün tərəflərinin insanların müxtəlif xüsusiyyə
-Hər bir fəaliyyətin başlanğıc nöqtəsi var. Şəxsən sizin ilham mənbəyiniz nə olub?
-Düşünürəm ki, hər bir insanın həyatına istiqamət verən bir hekayəsi olur.
Hekayəmin qəhrəmanı iyirmi bir il əvvəl autizm spektr pozuntusu diaqnozu qoyulmuş oğlum Həmzədir.
Hər bir ana kimi, mən də bunu eşitməzdən əvvəl onun həyatına necə müsbət təsir göstərə biləcəyimi xəyal edirdim.