Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Hava Yolları QSC (AZAL) Maldivin paytaxtı Maleyə birbaşa uçuşlara başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Məlumata görə, milli aviadaşıyıcıya məxsus təyyarə bu gün Velana Beynəlxalq Hava Li
Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.
“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır.
Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Maldivin Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib: “AZAL-ı Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq.
Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək.