Icma.az
close
up
RU
AZAL Maldivə birbaşa uçuşlara BAŞLADI

AZAL Maldivə birbaşa uçuşlara BAŞLADI

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Hava Yolları QSC (AZAL) Maldivin paytaxtı Maleyə birbaşa uçuşlara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Məlumata görə, milli aviadaşıyıcıya məxsus təyyarə bu gün Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib.

Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar.

“Bakıdan Maleyə birbaşa müntəzəm uçuşlara başlamaqdan məmnunuq. Bu uçuşlar cənnət tətili arzulayan səyahətçilər üçün yeni imkanlar yaradır. Azərbaycan bazarının qış turizmi üçün daha çox seçimlərə uzun müddətdir ki, ehtiyacı var və Maldiv adaları bu mövsümdə dünyanın ən məşhur istiqamətlərindən biridir”, – deyə AZAL-ın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Maldivin Marketinq və İctimaiyyətlə Əlaqələr Korporasiyasının icraçı direktoru İbrahim Şiuri qeyd edib:

“AZAL-ı Maldiv adalarında salamlamaqdan məmnunluq duyuruq. Yeni birbaşa reyslər Azərbaycandan olan səyahətçilərə adalarımızın misilsiz gözəlliyini kəşf etmək imkanı verəcək.

AZAL-ın Bakıdan birbaşa uçuşlar həyata keçirməsi Velana Beynəlxalq Hava Limanı üçün mühüm bir mərhələdir. Bu marşrut Orta Asiya ilə Maldivlər arasında vacib bağlantı yaradır və əsrarəngiz adalarımıza təşrif buyuran Azərbaycan turistlərini maneəsiz əlaqə və geniş səyahət imkanları ilə təmin edir”, – deyə “Maldives Airports Company Limited” şirkətinin baş kommersiya direktoru Məhəmməd Mihad vurğulayıb.

Bakı-Male istiqamətində müntəzəm reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri AZAL-ın rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri