AZAL təyyarəsinin faciəsi: Moskva niyə həqiqəti gizlədir? | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Təsəvvür edin ki, qonşunuzun hərbi texnikası səhvən sizin evinizi dağıdır.
Siz üzrxahlıq, bərpa təklifi, araşdırma və günahkar sürücünün cəzasını gözləyirsiniz.
Fəqət aylar sonra qonşunuzun idarə şirkətindən şən bir press-reliz gəlir: illərlə pul ödədiyiniz sığorta şirkətiniz, nəhayət ki, öz vəzifəsini yerinə yetirib və sizə kompensasiya ödəməyə başlayıb.
Qonşu isə qətiyyətlə bildirir: "Məsələ bağlandı!" Ardınca da sizi "pozucu niyyətlər"də suçlayır.
Sadəcə ədalət barədə suallar verdiyiniz üçün. Absurd görünür? Elə Moskvanın bu gün oynadığı siyasi-hüquqi teatr da eynən belədir.
25 dekabr 2024-də Rusiya ordusu tərəfindən vurulan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer E190AR" sərnişin təyyarəsinin faciəsi ətrafında Kremlin qurduğu duman pərdəsi budur.
Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlama klassik siyasi ekvilibristika, dövlət məsuliyyətini kommersiya müqaviləsinin "parlaq üz qabığı" ilə gizlətmək cəhdidir.
Amma nə milyard rubl, nə də aqressiv ritorika üç sadə anlayışın yoxluğunu gizlədə bilir: günah, üzr və ədalət.
Tam oxu
Xəbəri oxu