Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhkəmələrin məhkəmə müdafiəsi hüququna “ərazi aidiyyatı” qadağası Səbinə Nuriyeva VKRH-nın Nərimanov məhkəməsinə, Rəna Qafarova AZAL-ın Səbailə aid olmadığına qərar verib (?) Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15.11.2024 tarixli, 2(103)-3974/24 saylı qərardadla üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması öhdəliyini 18 gündür icra etməməsindən aidiyyatı üzrə Nərimanov məhkəməsinə verilən iddia qəfildən geri qaytarılıb.
Hakim Səbinə Nuriyeva 5 günlük müddət bitəndən sonra (ərizə 27.11.2024-cü ildə kabinetdən daxil olub, dekabrın 2-də geri qaytarılması haqqında bilgi verilib.) birdən-birə necə belə absurda imza atıb?
Axı 8internet resurslarında açıq göstərilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hüquqi ünvanı Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır!
Hansı əsasla iş ərazi aidiyyatının pozulmasına görə geri qaytarılıb?
Bəlkə Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası VK-nın Rəyasət Heyətinə tapşırılmayıb?
Yox, 15.11.2024-cü il tarixli, 2(103)-3974/24 saylı qərardadda imperativ formada yazılıb:” Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə həvalə edilsin”.
18 gündür qüvvəyə minən və icrasından imtina edildiyinə görə məhkəmə qaydasında tələb edilən vəkil ayrılmasına cavabdeh-borclu VKRH məhkəməyə basqı yapmaqla da qadağa qoyur?