Icma.az
close
up
RU
AZAL, VKRH hüquqi ünvanlarını dəyişiblər?

AZAL, VKRH hüquqi ünvanlarını dəyişiblər?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhkəmələrin məhkəmə müdafiəsi hüququna “ərazi aidiyyatı” qadağası

Səbinə Nuriyeva VKRH-nın Nərimanov məhkəməsinə, Rəna Qafarova AZAL-ın Səbailə aid olmadığına qərar verib (?)

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 15.11.2024 tarixli, 2(103)-3974/24 saylı qərardadla üzərinə qoyulan 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılması öhdəliyini 18 gündür icra etməməsindən aidiyyatı üzrə Nərimanov məhkəməsinə verilən iddia qəfildən geri qaytarılıb.

Hakim Səbinə Nuriyeva 5 günlük müddət bitəndən sonra (ərizə 27.11.2024-cü ildə kabinetdən daxil olub, dekabrın 2-də geri qaytarılması haqqında bilgi verilib.) birdən-birə necə belə absurda imza atıb? Axı 8internet resurslarında açıq göstərilir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin hüquqi ünvanı Ceyhun Hacıbəyli, 100 Nərimanov rayonundadır! Hansı əsasla iş ərazi aidiyyatının pozulmasına görə geri qaytarılıb? Bəlkə Bakı Apellyasiya Məhkəməsinin qərardadının icrası VK-nın Rəyasət Heyətinə tapşırılmayıb? Yox, 15.11.2024-cü il tarixli, 2(103)-3974/24 saylı qərardadda imperativ formada yazılıb:” Qərardadın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə həvalə edilsin”.

18 gündür qüvvəyə minən və icrasından imtina edildiyinə görə məhkəmə qaydasında tələb edilən vəkil ayrılmasına cavabdeh-borclu VKRH məhkəməyə basqı yapmaqla da qadağa qoyur? Yəqin Ədliyyə Nazirliyi VKRH-nın, Məhkəmə Hüquq Şurası məhkəmənin (hakim Səbinə Nuriyeva) qeyri-prosessual özbaşınalığına qiymət verməkdə çətinlik çəkməz. Hələliksə şəxsi kabinetdən hakimə etiraz təqdim edilib. Absurddur, VKRH hüquqi ünvanını Nərimanov rayonu, Ceyhun Hacıbəyli, 100 kimi göstərir, məhkəmə “e-məhkəmə” sistemindən ünvanın başqa olduğunu müəyyən edir? Axı mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ yoxdur! Di gəl, Səbail məhkəməsinin hakimi Mədinə Bağırova şəbəkə cinayəti ilə bağlantıya qadağa qoyan mobil operatorun ünvanını Dövlət Vergi Xidmətinin reyestrindən müəyyən etmişdi..

Səbaildən söz düşmüşkən,  Soçi- Bakı reysinə dələduzluqla buraxılmayan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin təyinat yeri üzrə daşıyıcıya ( AZAL QSC) iddiasını Səbail məhkəməsinin hakimi Rəna Qafarova geri qaytarıb ki, cavabdeh AZAL QSC-nin hüquqi ünvanı Səbail rayonu deyil. Hələ hakim geriqaytarma qərardadını kabinetdə yerləşdirmədiyindən ünvanı necə “müəyyən etməsi” bilinmir. Amma “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Prezidentin 16.04.2008 tarixli, 2761 N:-li Sərəncamı ilə yaradılıb və NK-nın 30.04.2008 tarixli, 105 N:-li Qərarı ilə təsdiq olunan nizamnaməsinin  1.5 bəndində aktlaşdırılıb: “Cəmiyyətin hüquqi ünvanı: AZƏRBAYCAN RESPUBLİKASI, BAKI ŞƏHƏRİ, AZADLIQ PROSPEKTİ, 11” Bu ünvanın Nizami küçəsi ilə kəsişmədə olması və Səbail rayonuna aid olması isə internet resurslarından (da!) bəllidir.

Məhkəmələrin əsas insan hüquq və azadlıqlarından olan məhkəmə təminatı hüququna “ərazi aidiyyatı” qadağası qoyması üzə çıxır. Bu isə yolverilməzdir. Ölkənin baş qanununda- Konstitusiyada belə yazılıb. Görək, şikayət edilən Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası məhkəmənin hüquqa qadağa qoyan yox, hüquq qoruyan orqan olduğunu məhkəmələrə anlada biləcək?

Məğrur BƏDƏLSOY

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Dekabr 2024 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri