Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC AZAL artan hava nəqliyyatının ətraf mühitə təsirini azaltmaq məsuliyyətini ciddi şəkildə qəbul edir.
Bu məsuliyyətə uyğun olaraq, ətraf mühitin qorunmasını yalnız strateji məqsəd kimi deyil, gələcək nəsillərə olan borcumuz kimi də görürük.AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayev Mavi zonada keçirilən "Hava limanında iqlim fəaliyyətinin nümayişi: Heydər Əliyev Beynəlxalq Hava Limanı subregionda karbon azaldılmasında lider rolunda" adlı tədbirdə deyib.S.Rzayev qeyd edib ki, aviasiya sektorunda ətraf mühitə cavabdehlik artıq seçim deyil, müasir dövrün zərurətidir: "Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni prioritet edərək, karbon emissiyasını azaltmaq və əməliyyatlarımızın hər aspektində resurslardan səmərəli istifadə etmək üçün davamlı çalışırıq.
Bu öhdəlik ölkəmizin və dünyanın daha yaşıl və davamlı gələcəyini təmin etmək missiyamızın ayrılmaz hissəsidir.
“ACA Level 2” sertifikatı Heydər Əliyev Beynəlxalq Hava Limanının karbon emissiyalarını azaltmaq və idarə etmək üçün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir.
Amma bu, bizim üçün sadəcə bir başlanğıcdır. Növbəti əsas məqsədimiz optimallaşdırma səviyyəsinə çatmaq və əməliyyatlarımızın hər hissəsində
Bu məqsədimiz hər addımda riayət etməyə çalışdığımız davamlılıq strategiyamıza da uyğundur".Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Ha
Həmçinin tullantıların idarə olunması, təkrar emal və su resurslarının səmərəli istifadəsi kimi layihələrə diqqət yetiririk.