Icma.az
close
up
RU
AZALın prezidenti: Aviasiya sektorunda ətraf mühitə cavabdehlik müasir dövrün zərurətidir AZƏRTAC

AZALın prezidenti: Aviasiya sektorunda ətraf mühitə cavabdehlik müasir dövrün zərurətidir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

AZAL artan hava nəqliyyatının ətraf mühitə təsirini azaltmaq məsuliyyətini ciddi şəkildə qəbul edir. Bu məsuliyyətə uyğun olaraq, ətraf mühitin qorunmasını yalnız strateji məqsəd kimi deyil, gələcək nəsillərə olan borcumuz kimi də görürük.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Samir Rzayev Mavi zonada keçirilən "Hava limanında iqlim fəaliyyətinin nümayişi: Heydər Əliyev Beynəlxalq Hava Limanı subregionda karbon azaldılmasında lider rolunda" adlı tədbirdə deyib.

S.Rzayev qeyd edib ki, aviasiya sektorunda ətraf mühitə cavabdehlik artıq seçim deyil, müasir dövrün zərurətidir: "Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəni prioritet edərək, karbon emissiyasını azaltmaq və əməliyyatlarımızın hər aspektində resurslardan səmərəli istifadə etmək üçün davamlı çalışırıq. Bu öhdəlik ölkəmizin və dünyanın daha yaşıl və davamlı gələcəyini təmin etmək missiyamızın ayrılmaz hissəsidir. “ACA Level 2” sertifikatı Heydər Əliyev Beynəlxalq Hava Limanının karbon emissiyalarını azaltmaq və idarə etmək üçün beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini nümayiş etdirir. Amma bu, bizim üçün sadəcə bir başlanğıcdır. Növbəti əsas məqsədimiz optimallaşdırma səviyyəsinə çatmaq və əməliyyatlarımızın hər hissəsində ətraf mühitin davamlılığını daha da artırmaqdır. Bu məqsədimiz hər addımda riayət etməyə çalışdığımız davamlılıq strategiyamıza da uyğundur".

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının genişləndirmə layihəsində yaşıl texnologiyaların infrastruktura inteqrasiyası prioritet təşkil edir: "Enerji səmərəli terminal dizaynları və bərpaolunan enerji mənbələrindən istifadə vasitəsilə qlobal yaşıl və ekoloji məsuliyyətli aviasiya sektorunun inkişafına töhfə vermək niyyətindəyik. Həmçinin tullantıların idarə olunması, təkrar emal və su resurslarının səmərəli istifadəsi kimi layihələrə diqqət yetiririk. Bu öhdəlik təkcə bu günün əməliyyatlarına deyil, həm də aviasiya sektorunun gələcəkdə davamlı inkişafını təmin etməyə xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri