Azarkeşlərimizi sevindirməyə çalışacağıq Ayxan Abbasov

15.11.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azarkeşlərimizi sevindirməyə çalışacağıq" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

QOL.az xəbər verir ki, mütəxəssis komandasının yaxşı mübarizə aparacağına inandığını bildirib:

"Sabah seçmə mərhələdə son oyunumuza çıxacağıq. Ağır qrupda yer almışıq. Fransa yığması da qrupun ən güclüsüdür. Bu komandaya qarşı səfərdə futbolçularımız yaxşı mübarizə aparmışdılar. Sabahkı matçda rəqibin heyətində əsasən gənclər meydana çıxa bilər. Bu, bizə daha çox çətinlik yaradacaq. Çünki özlərini göstərməyə çalışacaqlar. Bizim isə heyətimizdə itkilər var. Buna baxmayaraq, azarkeş dəstəyi altında sabah yaxşı mübarizə aparacağımıza inanıram. Belə komandalarla oyunlar gələcəyimiz baxımından vacib ola bilər. Biz bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Futbolda hər şey mümkündür. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью