Azarkeşlərimizi sevindirməyə çalışacağıq Ayxan Abbasov
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının yaxşı mübarizə aparacağına inandığını bildirib:
"Sabah seçmə mərhələdə son oyunumuza çıxacağıq. Ağır qrupda yer almışıq. Fransa yığması da qrupun ən güclüsüdür. Bu komandaya qarşı səfərdə futbolçularımız yaxşı mübarizə aparmışdılar. Sabahkı matçda rəqibin heyətində əsasən gənclər meydana çıxa bilər. Bu, bizə daha çox çətinlik yaradacaq. Çünki özlərini göstərməyə çalışacaqlar. Bizim isə heyətimizdə itkilər var. Buna baxmayaraq, azarkeş dəstəyi altında sabah yaxşı mübarizə aparacağımıza inanıram. Belə komandalarla oyunlar gələcəyimiz baxımından vacib ola bilər. Biz bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Futbolda hər şey mümkündür. Azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 15 Noyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















