Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda dövlət qurumlarının keçirdikləri tenderlər həmişə diqqət mərkəzində olub.
Açıq mənbələrdən də aydın görünən odur ki, bu tenderlərin əksəriyyəti qurumlar tərəfindən əsasən özlərinə yaxın olan şirkətlərə verilir.
Elə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun son bir ildə keçirdiyi tenderlərin nəticələrindən də bu aydın görünür.Demokrat.az xəbər verir ki, Tribunainfo.az-ın bu yöndə apardığı növbəti araşdırma isə AzTeleKom MMC ilə bağlıdır.
2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.Rəsmi satınalma saytında qeyd edilir ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib.
Söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedir.Belə ki, bu iki tenderin hər ikisi minik nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi və ehtiyat hissələrinin alınması məqsədi ilə təşkil olunub.
“Minik nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına MMC 3 milyon 14 min 897 manat, “Yük nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına isə 1 milyon 473 min 755 manatlıq müqavilə bağlayıb.“AzTeleKom”un balansında konkret olaraq hansı sayda avtomobilin olması barədə dəqiq məlumat yoxdur.
Lakin görünən odur ki, bu nəqliyyat vasitələri üçün bunca vəsait bir qədər şişirdilmiş formadadır.