Icma.az
close
up
RU
“Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC nin “Motor Clinik”lə qəribə tender anlaşması

“Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC nin “Motor Clinik”lə qəribə tender anlaşması

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət qurumlarının keçirdikləri tenderlər həmişə diqqət mərkəzində olub. Açıq mənbələrdən də aydın görünən odur ki, bu tenderlərin əksəriyyəti qurumlar tərəfindən əsasən özlərinə yaxın olan şirkətlərə verilir. Elə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun son bir ildə keçirdiyi tenderlərin nəticələrindən də bu aydın görünür.
Demokrat.az xəbər verir ki, Tribunainfo.az-ın bu yöndə apardığı növbəti araşdırma isə AzTeleKom MMC ilə bağlıdır. 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.
Rəsmi satınalma saytında qeyd edilir ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedir.
Belə ki, bu iki tenderin hər ikisi minik nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi və ehtiyat hissələrinin alınması məqsədi ilə təşkil olunub. “Minik nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına MMC 3 milyon 14 min 897 manat, “Yük nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına isə 1 milyon 473 min 755 manatlıq müqavilə bağlayıb.
“AzTeleKom”un balansında konkret olaraq hansı sayda avtomobilin olması barədə dəqiq məlumat yoxdur. Lakin görünən odur ki, bu nəqliyyat vasitələri üçün bunca vəsait bir qədər şişirdilmiş formadadır. Çünki bu qədər vəsait ən azı 1000 və ya ona yaxın sayda maşın üçün yetərli ola bilər ki, bu qədər nəqliyyat vasitəsinin “AzTeleKom”da olması bir qədər şübhə doğurur.
“AzTelekom” MMC-nin 2024-cü il ərazində keçirdiyi digər bahalı tenderlərin sayı isə iki olub. Onlardan biri 1 milyon 521 min 553 manat təşkil edən və “ALTEN” MMC ilə bağlanılmış müqavilədir. Bu müqaviləyə əsasən MMC şirkətə soyutma sistemlərinin (kondisionerlərin) dövri və ya təkrar texniki xidmətin göstərilməsini əhatə edir.
Üçüncü tender isə “AzTeleKom”la “Turan.İ.O” MMC-yə verilib. Kombi və qazanxana sisteminə texniki baxım və təmir xidmətlərinin göstərilməsini əhatə edən birinci tenderin dəyəri 803 min 67 min manat olub. Fasad və dam örtüklərinin əsaslı təmiri işlərinin satınalınması müsabiqəsinə görə isə tərəflər arasında 170 min 149 manatlıq müqavilə imzalanıb.
Keçirilmiş digər 19 tenderlərə gəldikdə isə onların məbləğləri elə də böyük olmayıb. Əsasən işçilər üçün geyimlərin, ehtiyat hissəslərinin və xüsusi promo məhsullarının alınmasına vəsait xərclənib.
Bəs, “AzTeleKom”un bahalı müqavilə bağladığı üç şirkət kimlərə məxsusudur və MMC ilə onlar arasında hansı əlaqə var? Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki,  “Motor Clinik” MMC haqqında elə də tutarlı məlumat yoxdur. Bəzi resurslarda şirkətin bir neçə təmir və ehtiyat hissəsləri satışı mərkəzləri fəaliyyət göstərdiyi, rəhbərlərindən birinin isə Fariz Şərifov olduğu qeyd olunur. Şirkətin nə rəsmi saytı, nə də hər hansı əlaqə nömrəsi yoxdur. Fariz Şərifova gəldikdə isə onun barəsində də hər hansı tutarlı məlumat əldə etmək mümkün olmayıb.
“AzTeleKom”un ikinci ən böyü tenderlərinin müştərifi olan “Alten Group” MMC isı 2009-cu ildə yaradılıb. Kondisoner və soyutma sistemləri üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Şirkət Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd” şirkətinin ölkəmizdəki dstribyütorudur. Şirkətin hüquqi ünvanı olaraq N. Nərimanov pr., ev 206, məh. 466 göstərilsə də, hazırda şirkətin Bakı şəhəri, Tbilisi prospekti 54 ünvanında ofisinin yerləşdiyi qeyd edilir. Hətta şirkətin rəsmi saytında belə rəhbərlik barədə heç bir qeyd yoxdur.
“Alten Group” Vergilər Xidmətinin rəsmi saytında riskli vergi ödəyicisi kimi qeyd edilməsə də, 2015-2023-cü illər ərzində davamlı olaraq cərimə edilib və maliyyə sanksiyaları tətbiq edilib. 2023-cü ildə isə şirkətin toplam 4500 manatdan çox vergi borcu olub. Bundan başqa, şirkət dəfələrlə audit yoxlamasından imtina edib və məhkəməyə verilib.
“TURAN.İ.O” MMC-yə gəldikdə isə bu şçirkət 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. 10 manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC digər dövlət qurumlarının da iri tenderlərinin əsas “müştərisi”dir. Hərşeyşünas olan bu şirkətlə Təhsil Nazirliyi arasında təmir işlərinin satınalması prosesi həyata keçirilsə də, digər qurumlara mebel və avadanlıq satıb.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyevdir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus törəmə şirkətlərə də birbaşa rəhbərlik edəcək. Belə ki, Pirverdiyev Azeronline LTD, “Bakı telefon Rabitəsi” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom”un əsas səhmdarı olduğu “Azercell”ə də rəhbərlik edir.
Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Fevral 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri