Azər Bağırov: Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq | Icma.az
sport24.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Premyer Liqasının XIII turunun "Sabah" – "Kəpəz" oyunundan (2:2) sonra qonaq ko
Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü… – Emosiyalar qarışıq idi. Gərgin oyun oldu.
Oyunu üç hissəyə bölərdim. Qola qədər, qoldan sonra və son dəqiqələr. Qələbə qazanmaq istəyirdik.
Heç-heçəyə baxmaq belə istəmirik, komandada qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəsən, heç-heçə sənin olacaq.
Meydanda döyüşməyəcəksənsə, rəqib səni üstələyəcək. Birinci məqsədimiz döyüşkən, kimdənsə çəkinməyən komanda yaratmaqdır.
– Hakimliklə bağlı fikirləriniz nədir?– "Araz-Naxçıvan"da olan Rəşad 26-cı turda "Turan Tovuz"la oyunda idarəçilik etmişdi və sonra 10 tur cəza almışdı.
Bu gün VAR-da da o idi və yaxşı şey gözləmirdim. – Rəqibiniz "Səbail" də xal qazandı. Mübarizə gərgin keçir. Qarşıda fasilə var.
Bu müddət komandaya necə təsir edəcək?– Müsbət və mənfi cəhətləri ola bilər. İnanıram ki, fasilə xeyrimizə olacaq.
Tam oxu
Xəbəri oxu