Icma.az
close
up
RU
Azər Bağırov: Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq

Azər Bağırov: Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIII turunun "Sabah" – "Kəpəz" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Emosiyalar qarışıq idi. Gərgin oyun oldu. Oyunu üç hissəyə bölərdim. Qola qədər, qoldan sonra və son dəqiqələr. Qələbə qazanmaq istəyirdik. Heç-heçəyə baxmaq belə istəmirik, komandada qələbə ruhu yaşatmaq istəyirəm. Qələbə istəsən, heç-heçə sənin olacaq. Meydanda döyüşməyəcəksənsə, rəqib səni üstələyəcək. Birinci məqsədimiz döyüşkən, kimdənsə çəkinməyən komanda yaratmaqdır.

– Hakimliklə bağlı fikirləriniz nədir?
– "Araz-Naxçıvan"da olan Rəşad 26-cı turda "Turan Tovuz"la oyunda idarəçilik etmişdi və sonra 10 tur cəza almışdı. Bu gün VAR-da da o idi və yaxşı şey gözləmirdim.

– Rəqibiniz "Səbail" də xal qazandı. Mübarizə gərgin keçir. Qarşıda fasilə var. Bu müddət komandaya necə təsir edəcək?
– Müsbət və mənfi cəhətləri ola bilər. İnanıram ki, fasilə xeyrimizə olacaq. Oyundan-oyuna döyüşkənlik, ritm artıb. Düşünürəm ki, xeyrimizə olacaq.

– Yeni gələndə Gəncədə veteran futbolçuların narazılığı var idi. Yəqin ki, indi bu proseslər sona çatıb…
– O, təbii hal idi. Cavan kadr görəndə şübhəli yanaşırlar. Şükürlər olsun, bu gün dəstəyimiz var. Gəncədə futbolu sevirlər. Hərənin sevgisi bir cür ola bilər. Yekunda nəticə önəmlidir. "Səbail"lə oyunda bir az zəif oynayıb ,qələbə qazandıq. Bu gün isə üstün oynadıq, heç-heçə etdik. Məncə, azarkeşlərimizin rəğbətini qazanmışıq.

– İki turdur, "Sabah" da son dəqiqədə qol buraxır, siz də son dəqiqədə qol vurursunuz…
– Uşaqlar sona qədər mübarizə aparır. Son 4 turda əlavə vaxtlarda ekstra qələbə istəyi olur. Qorxaq adamla yola çıxmaq olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Noyabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri