Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Zirvə” və “Təhsil” komandalarının məşqçisi Azər Cabbarovun Futbolinfo.az-a müsahibəsi – Elə birbaşa mətləbə keçək:doğrudanmı, Azərbaycan futbolunun əsas problemi elə uşaq futboludur?
– Azərbaycan futbolunda çox problem var, amma ən əsası uşaq futboludur. Uşaq futbolunun probleminin sayı-hesabı yoxdur.
Nəyi düzəltməyi çalışsaq da, əsas təməl həlledilməz olaraq qalır. Təməl düzgün qoyulmayıbsa, üstündə nə edirsən et, xeyri olmayacaq.
– Sizə elə gəlmir ki, keçmiş nəsil futbolçularla müqayisədə artıq bizdə cırlaşma gedir? – Belə deməzdim, amma ildən-ilə daha da zəifləyirik.
Məsələn, mən oynayan vaxt Vidadi Rzayev, Yunis Hüseynov, Nazim Süleymanov, Vəli Qasımov kimi istedadlı futbolçular var idi.
Vəliyə “Azərbaycanın Pelesi”, Vidadiyə “Ərzurumspor”da “Azəri Hacısı” deyirdilər. Nəzərə alaq ki, o vaxtkı şəraitimiz o deyildi.
Məşqçilərimizin belə o qədər də informasiyası yox idi. Amma o vaxt şəxsiyyətlər var idi.