Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Xəbər yaymında əsas üstünlük rəsmi məlumatların gecikdirilmədən ictimaiyyətə çatdırılma
COP29 tədbiri başlayan kimi dezinformasiya şəbəkəsi də işə düşdü.
Bu gün səhər saatlarında Sumqayıtda yanğın hadisəsi baş verdiyi xəbəri yayıldı. Həm də SOCAR-ın Sumqayıtdakı zavodunda.
Bəzi media resurslarında yayılmış xəbər, az keçmiş rəsmi mənbə tərəfindən təkzib edildi.
Fövqəladə Hallar Nazirliyi xəbəri təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirməklə yanaşı, media subyektlərini məlumat yayarkən yalnız rəsmi qurumlara istinad etməyi tövsiyə etdi.
Təbii ki COP29-un işə başladığı gün belə bir xəbərin yayılmasının ölkəmizin nüfuzunu aşağı salmağa çalışan qüvvələrə sərf etdiyi, hətta müəyyən dairələrdən idarə oluna biləcəyi göz ardı edilməməlidir.
İndiyədək də media subyektlərinə xəbərlər yayarkən rəsmi mənbələrə istinad etməyin ən doğru seçim olduğu çatdırılıb.
Lakin görünən budur ki, ölkəmizə qarşı olan qüvvələr hər fürsətdən yararlanmağa çalışır.