Icma.az
close
up
RU
Azər Həsrət: Dezinformasiya xarakterli xəbərlərin qarşısını almağa hazır olmalıyıq

Azər Həsrət: Dezinformasiya xarakterli xəbərlərin qarşısını almağa hazır olmalıyıq

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Xəbər yaymında əsas üstünlük rəsmi məlumatların gecikdirilmədən ictimaiyyətə çatdırılmasıdır

Gözlənildiyi kimi oldu. COP29 tədbiri başlayan kimi dezinformasiya şəbəkəsi də işə düşdü. Bu gün səhər saatlarında Sumqayıtda yanğın hadisəsi baş verdiyi xəbəri yayıldı. Həm də SOCAR-ın Sumqayıtdakı zavodunda. Bəzi media resurslarında yayılmış xəbər, az keçmiş rəsmi mənbə tərəfindən təkzib edildi. 

Fövqəladə Hallar Nazirliyi xəbəri təkzib edərək belə bir hadisənin baş vermədiyini bildirməklə yanaşı, media subyektlərini məlumat yayarkən yalnız rəsmi qurumlara istinad etməyi tövsiyə etdi. Təbii ki COP29-un işə başladığı gün belə bir xəbərin yayılmasının ölkəmizin nüfuzunu aşağı salmağa çalışan qüvvələrə sərf etdiyi, hətta müəyyən dairələrdən idarə oluna biləcəyi göz ardı edilməməlidir. İndiyədək də media subyektlərinə xəbərlər yayarkən rəsmi mənbələrə istinad etməyin ən doğru seçim olduğu çatdırılıb. Lakin görünən budur ki, ölkəmizə qarşı olan qüvvələr hər fürsətdən yararlanmağa çalışır. 

Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında bir neçə gün öncə elə bu məsələ barədə rəy bildirdiyini xatırlatdı: 

- Xatırlayırsınızsa, Zəfər bayramı günü Zəfər Parkının açılışını edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizə qarşı qarayaxma kampaniyalarından əl çəkməyən Qərb dövlətlərinə açıq mesajlar verdi və qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbə, Azərbaycanın hazırkı sərhədləri daxilində dövlət suverenliyini tam bərpa etməsini hələ də həzm edə bilməyənlər var. Qərbin bəzi siyasi dairələri hər fürsətdə Azərbaycana iftira atmağa çalışır, Ermənistanı üzərimizə qaldırmağa həvəs göstərənlər ölkəmizə qarşı geniş, çirkin kampaniya aparmaqda davam edir. Bunu da öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resursları, bəzi qeyri-hökumət təşkilatları vasitəsiylə edirlər. Bu şantaj kampaniyası  özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. Ona görə də bu gün COP29 kimi dünya miqyaslı bir tədbirin başladığı zamanda biz ən müxtəlif mənbələrdən dezinformasiya xarakterli, fake xəbərlərin yayılacağına hazır olmalıyıq və bu cür təxribat xarakterli xəbərlərin qarşısını almaq üçün media resurslarının səfərbər edilməsi vacibdir. Dediyim kimi, taktikanı mümkün qədər dəyişib, xəbər platformalarında, qlobal müstəvilərdə rəsmi, güvənilir açıqlamalara istinad edərək yalan xəbərlərin yarada biləcəyi panikanı, şübhəli məqamları aradan qaldırmalıyıq. Xəbər yaymında əsas üstünlük rəsmi məlumatların gecikdirilmədən ictimaiyyətə çatdırılmasıdır. Bunun üçün də rəsmi qurumlar dərhal reaksiya verməli, çevik işləməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri