Azərbaycan addım atdı: növbə Ermənistandadır! | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.
"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.
Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasını müsbət qarşılayıblar.
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə paylaşımında qeyd edib ki, bu qərar regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, tərəflərin bir-birinə qarşı güzəştləri gözləniləndir: “Ermənistanla Azərbaycan arasında müharibə dayanıb, ölkəmiz suverenliyini bərpa edib, bununla da prosesin hərbi mərhələsi başa çatıb.
Tam oxu
Xəbəri oxu