Icma.az
close
up
RU
Azərbaycan addım atdı: növbə Ermənistandadır!

Azərbaycan addım atdı: növbə Ermənistandadır!

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Tokayev ilə mətbuata bəyanatında məlumat verib.

"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir", - dövlət başçısı bildirib.

Ermənistan rəsmiləri Prezident İlham Əliyevin açıqlamasını müsbət qarşılayıblar. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə paylaşımında qeyd edib ki, bu qərar regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan ilə Azərbaycan arasında sülhün institusionallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, tərəflərin bir-birinə qarşı güzəştləri gözləniləndir:

“Ermənistanla Azərbaycan arasında müharibə dayanıb, ölkəmiz suverenliyini bərpa edib, bununla da prosesin hərbi mərhələsi başa çatıb. İndi prosesin siyasi mərhələsi gedir. Vaşinqton görüşündə tərəflər mövqelərini elan etdilər. İndi sülh prosesi istiqamətində atılan addımlar təfərrüatlardır. Hər iki tərəf qarşılıqlı olaraq güzəştlər, qonşu ölkə üçün imkanlar yaradacaq. Belə deyək, bu addım gözlənilən idi. Təfərrüat dediyimiz halların baş verməsi gözləniləndir. Əks halda sülh prosesi dayanar və irəli getməz. Bu da nə Ermənistan, nə də Azərbaycana xeyir gətirər".

N.Nəsibli qeyd edib ki, Azərbaycan artıq addım atıb, növbə Ermənistandadır. O, Gümrü yolunun Zəngəzur dəhlizindən daha tez açıla və Azərbaycanın da bu yoldan istifadə edə biləcəyini vurğulayıb:

"Paşinyan hökuməti onsuz da bütün magistral xətlərinin açılmasına hazır olduğunu bildirir. Yəni söhbət yalnız Zəngəzur dəhlizindən getmir. Ola bilsin ki, Gümrü yolu daha tez açılar. Azərbaycan bu yoldan istifadə edə bilər. Biz Zəngəzur dəhlizinə fokuslanıb qalmışıq. Bütün Ermənistanı Zəngəzur dəhlizinə çevirmək, yəni bu tərəfdən vurub, o tərəfdən çıxmaq lazımıdr. Nədən, ancaq bir yerdən gedilsin? Yaxın gələcəkdə Türkiyə mütləq Gümrü yolunu açacaq, onda Azərbaycan buradan istifadə etmək imkanını özü də böyük vəsait, pul qoymadan əldə edəcək. Ermənistan da buna etiraz etməyəcək. Çünki beynəlxalq münasibətlərdə qarşılıqlılıq prinsipi var. Biri hər hansı addım atanda, digəri də müvafiq qarşılıq verir".

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov isə qeyd edib ki, Ermənistan bütün problemləri aradan qaldırmalıdır:

"Ümumiyyətlə deyə bilərəm ki, yavaş-yavaş sülhə nail oluruq. Ermənistan gərək bütün problemləri aradan qaldırsın ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə qurulsun. Sülh prosesi bir gecədə alınmır. Gərək hər şey addım-addım olsun. Yəni sülh sazişi istiqamətində inkişaflar olmalıdır. Sülh sazişinin nə üçün imzalanmadığı hamıya bəllidir. Ermənistan konstitusiyasını dəyişməlidir. Onlar artıq buna hazırlaşırlar. İndi bununla bağlı referendum gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri ilə ya eyni vaxtda, ya da ondan sonra baş tutacaq. Bir sözlə, bu müsbət gedişdir, ancaq heç kim sabah necə olacaq bilmir. Sülhün üstündə işləmək lazımdır".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yükü olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək:

"Bu Azərbaycanın da maraqlarına uyğundur. Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. O erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxırlar. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri