Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq. Kimlər gəldi, kimlər getdi...
“Azərbaycan Kültür Ocağı İdarə Heyətinin dəyərli üzvü, Almaniyada Azərbaycanın Musiqi sənətinə böyük töhfələr vermiş tanınmış musiqiçi və sənət fədaisi Nasir Təfazzoli 25 may 2025-ci il tarixində, Berlində 68 yaşında vəfat etmişdir.
Nasir Təfazzoli Təbrizdə musiqisevər bir ailədə dünyaya göz açmış, erkən yaşlarından musiqiyə olan həvəsi və istedadı ilə seçilmişdir.
Gənc yaşlarında Almaniyaya köçmüş, burada milli musiqimizin qorunması, inkişafı və təbliği uğrunda yorulmadan çalışmışdır.
Onun musiqi fəaliyyəti həm Almaniyada, həm də Avropanın bir neçə ölkəsində böyük hörmət və sevgi ilə qarşılanmış, dəfələrlə Azərbaycan musiqisi konsertlərində çıxış edərək, xalqımızın zəngin musiqi irsini geniş auditoriyalara çatdırmışdır.
ci ildə Berlində Azərbaycan Kültür Ocağının qurucularından biri olaraq, ocağın fəaliyyətində fəal iştirak etmiş, diasporada milli-mənəvi dəyərlərin yaşadılması və inkişafı istiqamətində mühüm işlər görmüşdür.
Nasir Təfazzoli həmçinin öz təşəbbüsü ilə yaratdığı musiqi qrupu ilə Azərbaycan muğamını, xalq və klassik musiqmizi Almaniyada və digər ölkələrdə böyük sevgi və ustalıqla təmsil etmişdir.
Xanəndə kimi səsi ilə insanlara toxunan, dinləyicilərin qəlbinə yol tapan mərhum, milli mədəniyyətimizin əvəzsiz daşıyıcısı olmuşdur.