Azərbaycan AŞPA nın tələblərinə boyun əyməyəcək ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatını məhz Qarabağ zəfərindən sonra ləğv etməsi ölkəmizə qarşı qərəzli və siyasi motivli bir addımdır.
Bu qərar, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır və AŞPA-nın bu məsələdə obyektivlikdən uzaq olduğunu sübut edir".
Bu sözləri deputat Razi Nurullayev SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan 30 il ərzində BMT qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitlik üçün ciddi səylər göstərmişdir: "Lakin AŞPA, Ermənistana dəstək nümayiş etdirərək, bu sülh təşəbbüslərinə kölgə salır.
AŞPA-nın Azərbaycana qarşı belə yanaşmaları bir neçə məqamı açıq şəkildə göstərməkdədir.
Birincisi, təşkilat, Azərbaycanın ədalətli mübarizəsini tanımaq əvəzinə, ikili standartlara əsaslanan qərarlar qəbul edir.
İkincisi, AŞPA bölgədə yeni reallıqları qəbul etməkdən imtina edərək, Ermənistanın destruktiv siyasətini dolayısı ilə dəstəkləyir.
Tam oxu
Xəbəri oxu