Icma.az
close
up
RU
Azərbaycan AŞPA nın tələblərinə boyun əyməyəcək ŞƏRH EDİLDİ

Azərbaycan AŞPA nın tələblərinə boyun əyməyəcək ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatını məhz Qarabağ zəfərindən sonra ləğv etməsi ölkəmizə qarşı qərəzli və siyasi motivli bir addımdır. Bu qərar, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qazandığı Qarabağ zəfərindən sonra ölkəmizə qarşı təzyiq göstərmək məqsədi daşıyır və AŞPA-nın bu məsələdə obyektivlikdən uzaq olduğunu sübut edir". Bu sözləri deputat Razi Nurullayev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 il ərzində BMT qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmiş, regionda sülh və sabitlik üçün ciddi səylər göstərmişdir: "Lakin AŞPA, Ermənistana dəstək nümayiş etdirərək, bu sülh təşəbbüslərinə kölgə salır. AŞPA-nın Azərbaycana qarşı belə yanaşmaları bir neçə məqamı açıq şəkildə göstərməkdədir.

Birincisi, təşkilat, Azərbaycanın ədalətli mübarizəsini tanımaq əvəzinə, ikili standartlara əsaslanan qərarlar qəbul edir. İkincisi, AŞPA bölgədə yeni reallıqları qəbul etməkdən imtina edərək, Ermənistanın destruktiv siyasətini dolayısı ilə dəstəkləyir. Üçüncüsü, bu qərar həm də Azərbaycanın öz ərazi bütövlüyü sahəsində prinsipial siyasətinə təzyiq göstərmək məqsədi daşıyır. Gördüyümüz kimi, Azərbaycan hakimiyyəti bu cür qərarlarla razılaşmır və maraqlarını müdafiə etmək üçün bütün beynəlxalq platformalarda prinsipial mövqeyini davam etdirməkdədir. AŞPA-nın bu addımı nəinki Azərbaycanın, həm də regionun sülh və sabitlik səylərinə ciddi zərbə vurmaqla bərabər, həm də bir çox vacib məsələlərdə, o cümlədən insan hüquq və azadlıqları sahəsində kommunikasiya kanallarını bağlayır".

Deputat həmçinin onu da vurğulayıb ki, Azərbaycan AŞPA-nın tələblərinə boyun əyməyəcək: "Bu o deməkdir ki, Azərbaycan nümayəndə heyətinin mandatının ləğv edilməsinin arxasında dayanan məqsəd havadan asılı qalacaq. Buna görə də AŞPA kommunikasiya kanalını açmaq və danışmaq üçün Azərbaycan nümayəndə heyətinin mandatını bərpa etməlidir. Bu imkan verəcək ki, AŞPA Azərbaycan hökuməti ilə siyasi, iqtisadi, sosial, demokratiya, insan hüquq və azadlıqları sahəsində müzakirələr və danışıqlar apara bilsin. Əks halda, qarşılıqlı ittihamlar münasibətləri daha da gərginləşdirərəcək və bu da heç bir tərəfə xeyir gətirmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri