Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib

16.06.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 16 iyun, AZƏRTAC

Astanada MDB-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməliyyat bölmələri rəhbərlərinin mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş iclası keçirilib.

AZƏRTAC Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Daxili İşlər nazirliklərinin nümayəndələri məruzələrlə çıxış ediblər.

İclasda qanunsuz silah dövriyyəsi kanallarının qarşısının alınması, əməliyyat məlumatları mübadiləsinin gücləndirilməsi və cinayətkar qruplarla mübarizə tədbirləri müzakirə edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью