Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib
Icma.az bildirir, Azertag portalına istinadən.
Astana, 16 iyun, AZƏRTAC
Astanada MDB-yə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməliyyat bölmələri rəhbərlərinin mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş iclası keçirilib.
AZƏRTAC Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın Daxili İşlər nazirliklərinin nümayəndələri məruzələrlə çıxış ediblər.
İclasda qanunsuz silah dövriyyəsi kanallarının qarşısının alınması, əməliyyat məlumatları mübadiləsinin gücləndirilməsi və cinayətkar qruplarla mübarizə tədbirləri müzakirə edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Azərbaycan Astanada gömrük mütəxəssislərinin iclasında iştirak edib
04 Fevral 2025 01:07
Astanada KTMT ölkələri nazirlərinin görüşü olacaq
21 Noyabr 2024 17:13
MDB ölkələri növbədənkənar sammiti...
25 Dekabr 2024 19:05
Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında
18 Noyabr 2024 09:24
Azərbaycan MDB ölkələri ilə turizm sahəsində şəbəkələşmə platformasının yaradılmasını təklif edib
06 Dekabr 2024 14:24

