Azərbaycan Avrasiya materikində reallaşan bir çox beynəlxalq transmilli layihələrdə yaxınd…
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “Dünyada çox maraqlı proseslər gedir.
Xüsusilə də beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir dinamika müşahidə olunmaqdadır.
Sözün əsl mənasında əvvəlki vəziyyətdən köklü surətdə fərqlənən meyillər artıq burada da özünü büruzə verməkdədir.
44 günlük Vətən müharibəsilə dünyanı ağuşuna alan pandemiya problemi də üst-üstə düşdü.
2020-ci ildən etibarən pandemiya kifayət qədər çox böyük dəyişikliklərə səbəb oldu.
Dünyanın nizamında müəyyən dəyişikliyə gətirib, çıxaran proseslərə start verildi.
Xüsusilə də Azərbaycanın təmsil olunduğu bir çox beynəlxalq platformalarda 44 günlük Vətən müharibəsindən sonra yaranmış post münaqişə dövrü ilə bağlı, sonra işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri, eyni zamanda burada Azərbaycan üzərindən bir çox beynəlxalq layihələrin reallaşdırılması, bir sıra inteqrasiya layihələrində Azərbaycanın iştirak etməsi ilə bağlı çox ciddi bir siyasət həyata keçirilməyə başlandı”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu tip narativlər xarici siyasət kursunun qayəsini təşkil edirdi.
Tam oxu
Xəbəri oxu