Icma.az
close
up
RU
Azərbaycan Avrasiya materikində reallaşan bir çox beynəlxalq transmilli layihələrdə yaxından iştirak edir

Azərbaycan Avrasiya materikində reallaşan bir çox beynəlxalq transmilli layihələrdə yaxından iştirak edir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dünyada çox maraqlı proseslər gedir. Xüsusilə də beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir dinamika müşahidə olunmaqdadır. Sözün əsl mənasında əvvəlki vəziyyətdən köklü surətdə fərqlənən meyillər artıq burada da özünü büruzə verməkdədir. 44 günlük Vətən müharibəsilə dünyanı ağuşuna alan pandemiya problemi də üst-üstə düşdü. 2020-ci ildən etibarən pandemiya kifayət qədər çox böyük dəyişikliklərə səbəb oldu. Dünyanın nizamında müəyyən dəyişikliyə gətirib, çıxaran proseslərə start verildi. Xüsusilə də Azərbaycanın təmsil olunduğu bir çox beynəlxalq platformalarda 44 günlük Vətən müharibəsindən sonra yaranmış post münaqişə dövrü ilə bağlı, sonra işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri, eyni zamanda burada Azərbaycan üzərindən bir çox beynəlxalq layihələrin reallaşdırılması, bir sıra inteqrasiya layihələrində Azərbaycanın iştirak etməsi ilə bağlı çox ciddi bir siyasət həyata keçirilməyə başlandı”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, bu tip narativlər xarici siyasət kursunun qayəsini təşkil edirdi.

Azər Allahverənov

“Həmin dövrdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edirdi. Sonrakı mərhələdə Azərbaycanın bir sıra platformalarda fəal surətdə iştirak etməsi müşahidə olundu. Məsələn, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatının təsisçisi və təşəbbüskarı oldu. Hazırda bu platforma - Türk Dövlətləri təşkilatı, tamamilə yeni bir mərhələyə qədəm basıb. Yəni kifayət qədər dayanıqlı bir struktura malik olan, kifayət qədər çoxşaxəli bir fəaliyyəti özündə ehtiva edən bir proses başlanmışdı.

Eyni zamanda, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında olan mövqeyi güclənməyə başladı. Bununla yanaşı, keçən ilin dekabrında verilən qərara əsasən Azərbaycan “D8” İslam Həmrəyliyi Təşkilatında təmsil olunmağa başladı. Bundan əlavə, Azərbaycan həm də Avrasiya İqtisadi İttifaqının işində yaxından iştirak edir”-deyən Azər Allahverənovun fikrincə, Azərbaycanın “BRICS” formatında bu və ya digər şəkildə fəal təmsil olunması, eyni zamanda “3+3” platformasında təmsil olunması bir daha onu göstərir ki, Azərbaycan Avrasiya materikində reallaşan bir çox beynəlxalq transmilli layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Azər Allahverənov qeyd edib ki, Azərbaycan sadalanan platformalarda təmsil olunmaqla, iştirak etdiyi bütün layihələri həmin platformanın missiyaları ilə də bu və ya digər formada uzlaşdıra bilir.

“Azərbaycan hazırda Şərqlə Qərbi və Şimalla Cənubu əlaqələndirən beynəlxalq nəqliyyat layihələrinin icrasını bir növ şərtləndirən əsas iştirakçılardan biri hesab olunur. Nəticə etibarilə beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşması, eyni zamanda geosiyasi nöqtey-i nəzərdən Azərbaycanın bu regionla bağlı olan platformalarda fəal surətdə təmsil olunması, Azərbaycanın xarici siyasətində bir tərəfdən müxtəlif dövlətlərlə strateji əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün çox əlverişli bir zəmin yaradır. Digər tərəfdən də Azərbaycan həmin beynəlxalq platformalarda təmsil olunmaqla, ölkənin milli maraqlarını həmin beynəlxalq platformalara daşımaqla, beynəlxalq platformalarda müdafiə etməklə və sadalanan platformaların resurslarından istifadə edərək milli maraqların təmin olunması üzrə Cənubi Qafqazda sülh və təhlükəsizlik sisteminin effektiv şəkildə formalaşmasına xidmət edən bir siyasət yürüdür. Bu da xarici siyasət kursunun hədəflərini təşkil edən məsələlərdən biridir”-deyən deputatın fikrincə, bu da onunla bağlıdır ki, pandemiyadan sonra dünyada yeni bir düzən formalaşmaqdadır.

“BMT, ATƏT, Avropa İttifaqı və s. müxtəlif təsisatlar var ki, bu təsisatlar artıq müəyyən mənada ümumbəşəri mahiyyət kəsb edən çağırışlara adekvat cavab verə bilmir və nəticədə müəyyən bir mənada bir məyusluq var. Xüsusilə də BMT və BMT-nin müəyyən ixtisaslaşmış qurumları ilə bağlı məyusluq var.

Nəzərə alsaq ki, Təhlükəsizlik Şurasının zamanda dörd qətnaməsi vardı ki, o qətnamələr icra olunmamış şəkildə qalmışdı. Azərbaycan öz gücü hesabına qətnamələrin icrasını təmin etdi. ATƏT də eyni ilə ikili-üçlü standartlardan çıxış edərək dövlətlərlə münasibətdə kifayət qədər qərəzli və selektiv bir siyasət yürüdür.

Fransa, müstəmləkəçilik siyasətinin bariz tərənnüm edən təmsilçisi olan bir ölkə kimi bu gün Avropa İttifaqının qərarına təsir etmək iqtidarında olan bir dövlətdir. Fransa öz maraqlarını qorumaqdan ötrü Avropa İttifaqı üzərindən siyasətində qərəzçilik, qisasçılıq, dövlətlərə qarşı çox amansız bir siyasətin yürüdülməsi, üzdə guya ki, insan hüquqları, demokratiya, müxtəlif universal dəyərlərin qoruyucusu və təminatçısı kimi görünsə də, realda dəniz aşırı ölkələrdə, müstəmləkə ərazilərdə, koloniyalarda insan hüquqlarının prinsiplərinə zidd bir siyasət yürütməkdədir. Fransa BMT-nin insan hüquqları ilə bağlı qəbul etdiyi konvensiyalar, eyni zamanda irqçilik, müstəmləkəçilik əleyhinə olan vacib sənədlərdə öz əksini tapmış bütün müddəalara zidd bir siyasət yürüdür və özü də Təhlükəsizlik Şurasının üzvüdür”-Azər Allahverənov bildirib.

Deputatın sözlərinə görə, bütün bu hadisələr onu göstərir ki, həmin o ənənəvi təşkilatlar - BMT, ATƏT, Avropa İttifaqı və s. onlar üzərinə qoyulan missiyanı yerinə yetirə bilmirlər və elə bu səbəbdən də, beynəlxalq münasibətlər sistemində regionlaşma özünü daha qabarıq şəkildə büruzə verir ki, bu prosesdə Azərbaycan kifayət qədər fəaldır.

“Ən azından Avrasiya materikində gedən proseslərə nəzər saldıqda görürük ki, Azərbaycan burada çox vacib və etibarlı bir tərəfdaş qismində çıxış edir, sözü imzası qədər dəyərli olan bir ölkə qismində özünü nümayiş etdirir və etimadı da məhz bu keyfiyyətinə görə, xüsusiyyətinə görə qazanır. Nəticə etibarilə, bir çox dövlətlər bu gün Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu dövlətlər arasında Cənubi Amerika qitəsinə və Afrika qitəsinə aid olan dövlətlər var. Bu dövlətlər Avrasiya qitəsinə aid olmasalar belə, yenə də onlar müəyyən ikitərəfli-üçtərəfli, bəzi hallarda da çoxtərəfli münasibətlərdə Azərbaycanın yerini xüsusilə görürlər və əməkdaşlıqda çox maraqlı olduqlarını bildirirlər. Bu yaxınlarda Azərbaycana edilən çoxsaylı səfərlərdə biz bir sıra dövlətlərin ölkəmizə maraq göstərməsinin şahidi olduq.

Eyni zamanda COP29-da Azərbaycan həmin dövlətlər üçün geniş şəkildə təmsil olunmaqla çox uğurlu əməkdaşlıq perspektivləri olan bir mühit formalaşdırmış oldu. Həmin dövlətlər bunu dəyərləndirərək, həmin mühitdə və həmin platformalardan çıxış edərək, Azərbaycanla gələcəkdə əməkdaşlıq imkanlarının inkişaf etdirilməsində, gücləndirilməsində çox maraqlı olduqlarını ifadə etdilər”-deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri