Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq. Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki ç
Bakı şəhərinin nəqliyyat infrastrukturunun inkişafı son illərdə dövlətin xüsusi nəzarətində olub.
Bu istiqamətdə böyük layihələrin həyata keçirilməsi - yeni yolların çəkilməsi, metro stansiyalarının açılması, yol qovşaqları və körpülərin inşası paytaxtdakı tıxac problemini müəyyən dərəcədə azaldıb.
Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tıxacların sayı ildən-ilə artır və bu vəziyyətin əsas səbəblərindən biri əhali artımıdır.
Son 30 ildə Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatması Bakı şəhərinin nəqliyyat infrastrukturunda ciddi yüklənmələrə səbəb olub.
Vaxtilə yaradılmış nəqliyyat infrastrukturu bu artımı tam qarşılamadığı üçün yeni proqramların hazırlanması zərurəti yaranıb.
Dövlət başçısının rəhbərliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu problemləri həll etmək məqsədilə genişmiqyaslı proqramlar hazırlanır.
Bu proqramların icrası Bakı şəhərinin nəqliyyat sistemində mövcud problemləri aradan qaldırmaqla yanaşı, ətraf bölgələrlə əlaqəni də gücləndirəcəkdir.