Icma.az
close
up
RU
Azərbaycan Avrasiyada mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi...

Azərbaycan Avrasiyada mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi...

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı nəqliyyat sektorunda əldə olunan uğurlar və qarşıda duran vəzifələrə nəzər salmağa imkan verir.

Bakı şəhərinin nəqliyyat infrastrukturunun inkişafı son illərdə dövlətin xüsusi nəzarətində olub. Bu istiqamətdə böyük layihələrin həyata keçirilməsi - yeni yolların çəkilməsi, metro stansiyalarının açılması, yol qovşaqları və körpülərin inşası paytaxtdakı tıxac problemini müəyyən dərəcədə azaldıb. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tıxacların sayı ildən-ilə artır və bu vəziyyətin əsas səbəblərindən biri əhali artımıdır. Son 30 ildə Azərbaycan əhalisinin 7 milyondan 10 milyona çatması Bakı şəhərinin nəqliyyat infrastrukturunda ciddi yüklənmələrə səbəb olub.
Vaxtilə yaradılmış nəqliyyat infrastrukturu bu artımı tam qarşılamadığı üçün yeni proqramların hazırlanması zərurəti yaranıb. Dövlət başçısının rəhbərliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu problemləri həll etmək məqsədilə genişmiqyaslı proqramlar hazırlanır. Bu proqramların icrası Bakı şəhərinin nəqliyyat sistemində mövcud problemləri aradan qaldırmaqla yanaşı, ətraf bölgələrlə əlaqəni də gücləndirəcəkdir.
Azərbaycanın coğrafi mövqeyi ölkəmizi beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevirib. Lakin təkcə coğrafi mövqe kifayət deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu potensialı reallaşdırmaq üçün ardıcıl olaraq infrastruktur layihələri həyata keçirir, qonşu ölkələrlə əməkdaşlıq edir və beynəlxalq nəqliyyat dəhlizlərinin ərazilərimizdən keçməsinə nail olur. Hazırda ölkəmizdən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi hər il artır. Bu dəhlizlərin yük daşımaları üçün daha səmərəli və rəqabətədavamlı hala gətirilməsi məqsədilə fiziki infrastrukturla yanaşı, rəqəmsal texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu yanaşma tranzit müddətlərini qısaltmaqla yanaşı, Azərbaycanı regionda etibarlı nəqliyyat tərəfdaşı kimi mövqeləndirir.
Azərbaycanın dünya okeanlarına çıxışı olmamasına rəğmən, həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkəmiz regionun əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin aşırma qabiliyyətini genişləndirmək üçün əlavə sərmayə cəlb edir və bununla da daha böyük həcmdə yüklərin daşınmasını təmin edir.
Bu uğurlar beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyada Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsinə və iqtisadi imkanlarının genişlənməsinə xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, bu statusa malik ölkələrin əksəriyyəti açıq dənizlərə çıxış imkanına malikdir. Lakin Azərbaycan bu imkana malik olmadan da genişmiqyaslı nəqliyyat strategiyası ilə beynəlxalq səviyyədə lider mövqeyini təmin edir.
Prezident İlham Əliyev bəhs olunan müşavirədə Zəngəzur dəhlizi məsələsinə də diqqəti cəlb etməklə mühüm məqamlara toxundu. Dövlət başçısının qeyd etdiyi kimi: “Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu gözündə qalacaq. İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır”.
Azərbaycan öz torpaqları arasında maneəsiz keçid tələb edir. Bu, həm beynəlxalq hüquqa, həm də 10 noyabr Bəyanatının müddəalarına tam uyğundur. Ermənistanın isə “Sülh kəsişməsi” kimi reallıqdan uzaq layihələri gündəmə gətirməsi yalnız beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir və Azərbaycanın iştirakı olmadan bu cür layihələrin heç bir əhəmiyyəti yoxdur.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat sektorunda həyata keçirilən islahatlar ölkəmizin inkişaf perspektivlərini daha da gücləndirir. Yeni proqramların icrası ilə bütün ölkənin nəqliyyat sistemi müasirləşdiriləcək. Bu, həm əhalinin həyat keyfiyyətini artıracaq, həm də Azərbaycanın beynəlxalq nəqliyyat sistemindəki strateji mövqeyini möhkəmləndirəcəkdir. Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı sahəsində atılan strateji addımlar həm iqtisadiyyatın diversifikasiyasına, həm də qlobal səviyyədə rəqabətqabiliyyətliliyin artırılmasına xidmət edir. Görülən işlər ölkənin yalnız regionda deyil, həm də beynəlxalq arenada nəqliyyat mərkəzi kimi əhəmiyyətini artıracaqdır.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri