Icma.az, Bizimyol portalına istinadən məlumat verir.
Yaranan suallarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəis müavini Cabbar Qəribov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, respublikamızın meşə fondunun ümumi sahəsi ölkə ərazisinin 14 %-ni təşkil edir: “Azərbaycan azmeşəli ölkələr sırasındadır. Respublikamızın meşə fondunun ümumi sahəsi 1 213 700 hektar olmaqla ölkə ərazisinin 14 %-ni təşkil edir. 1 yanvar 2025-ci il tarixinə meşə ilə örtülü ərazi 1 055 670,36 hektar olmaqla, ölkə ərazisinin 12,19 %-ni təşkil etmiş, 1 yanvar 2026-cı il tarixinə isə meşə ilə örtülü ərazi 1 060 124,94 hektar olmaqla, ölkə ərazisinin 12,24 %-ni təşkil edir. “Qırmızı Kitab”a daxil edilmiş və nəsli kəsilməkdə olan heyvan növlərinin qanunsuz ovlanması və ya məhv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağandır və bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Ovçuluq və heyvanlar aləmindən istifadə qaydalarının pozulması ilə bağlı münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni ov nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi haqqında” sənəd və digər normativ hüquqi aktlarla tənzimlənir”.
Günel Həsənova, Bizimyol.info