Icma.az
close
up
RU
Azərbaycan azmeşəli ölkələrdəndir, respublikamızın meşə fondunun ümumi sahəsi ölkə ərazisinin 14 % ni təşkil edir

Azərbaycan azmeşəli ölkələrdəndir, respublikamızın meşə fondunun ümumi sahəsi ölkə ərazisinin 14 % ni təşkil edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Butan (Bhutan) çox maraqlı və bir az da sirli ölkədir. Cənubi Asiyada, Himalay dağlarında yerləşir. Hindistan və Çin (Tibet) ilə həmsərhəddir. Dağlıq ölkədir. Ərazinin böyük hissəsi meşələrlə örtülüdür. Təbiəti qorumağa çox ciddi yanaşırlar. Butan krallığının qanunlarına görə ökənin ən az 60%-i həmişə meşə ilə örtülü olmalıdır. Hazırda bu göstərici 71 %-dir. Ölkədə nəsli kəsilməkdə olan heyvanları öldürməyin cəzası ömürlük həbsdir.Azərbaycanın neçə faizi hazırda meşədir və ötən il neçə faiz idi?Ölkəmizdə də Butanda olduğu kimi meşə limiti varmı?Nəsli kəsilməkdə olan heyvanların öldürülməsinə qarşı cərimə, cəza bizim qanuna görə nədir?

Yaranan suallarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəis müavini Cabbar Qəribov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, respublikamızın meşə fondunun ümumi sahəsi ölkə ərazisinin 14 %-ni təşkil edir: “Azərbaycan azmeşəli ölkələr sırasındadır. Respublikamızın meşə fondunun ümumi sahəsi 1 213 700 hektar olmaqla ölkə ərazisinin 14 %-ni təşkil edir. 1 yanvar 2025-ci il tarixinə meşə ilə örtülü ərazi 1 055 670,36 hektar olmaqla, ölkə ərazisinin 12,19 %-ni təşkil etmiş, 1 yanvar 2026-cı il tarixinə isə meşə ilə örtülü ərazi 1 060 124,94 hektar olmaqla, ölkə ərazisinin 12,24 %-ni təşkil edir. “Qırmızı Kitab”a daxil edilmiş və nəsli kəsilməkdə olan heyvan növlərinin qanunsuz ovlanması və ya məhv edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağandır və bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır. Ovçuluq və heyvanlar aləmindən istifadə qaydalarının pozulması ilə bağlı münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2004-cü il tarixli 176 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin məbləği, tətbiq edilmə qaydaları və qeyri-qanuni ov nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi haqqında” sənəd və digər normativ hüquqi aktlarla tənzimlənir”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Yanvar 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri