Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər tendensiyaya çevrilib”.
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib.
S.Əliyev hər 3 ölkənin mərkəzi banklarının açıqladığı statistik məlumatlar əsasında bank sektorunun əsas göstəricilərinin müqayisəsini aparıb.
Ekspertin bu müqayisəsindən görünür ki, Azərbaycan bank sektoru əksər göstəricilərdə qonşularına uduzur: “Ötən il Gürcüstan bankları 1,1 milyard dollar, Ermənistan bankları 914 milyon dollar xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici 614 milyon dollar olub.
Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır.
Gürcüstan banklarında aktivlərin həcmi 34 milyard dollar, Ermənistanda 27,7 milyard dollar, Azərbaycanda isə 31,2 milyard dollar olub.
Kreditləşmənin həcmi isə Gürcüstanda 21,5 milyard dollar, Ermənistanda 15,8 milyard dollar və Azərbaycanda 16,2 milyard dollar olub.