Icma.az
close
up
RU
Azərbaycan bank sektoru Cənubi Qafqaz ölkələrinə uduzur Ekspert

Azərbaycan bank sektoru Cənubi Qafqaz ölkələrinə uduzur Ekspert

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“2024-cü ilin nəticələri göstərir ki, Azərbaycanın bank sektorunun maliyyə göstəriciləri Cənubi Qafqazın digər iki ölkəsinin bank sektoruna uduzur və bu, son illər tendensiyaya çevrilib”. 


Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. 

S.Əliyev hər 3 ölkənin mərkəzi banklarının açıqladığı statistik məlumatlar əsasında bank sektorunun əsas göstəricilərinin müqayisəsini aparıb. Ekspertin bu müqayisəsindən görünür ki, Azərbaycan bank sektoru əksər göstəricilərdə qonşularına uduzur:

“Ötən il Gürcüstan bankları 1,1 milyard dollar, Ermənistan bankları 914 milyon dollar xalis mənfəət əldə etdikləri halda Azərbaycanda bu göstərici 614 milyon dollar olub. Aktivlərin və kreditləşmənin həcminə gəlincə, Azərbaycan bu göstəricilər üzrə Ermənistanı qabaqlasa da Gürcüstandan geri qalır. Gürcüstan banklarında aktivlərin həcmi 34 milyard dollar, Ermənistanda 27,7 milyard dollar, Azərbaycanda isə 31,2 milyard dollar olub. Kreditləşmənin həcmi isə Gürcüstanda 21,5 milyard dollar, Ermənistanda 15,8 milyard dollar və Azərbaycanda 16,2 milyard dollar olub. Azərbaycan yalnız depozitlərin həcminə görə hər iki ölkəni qabaqlayır. Azərbaycan bankları hətta kapitallaşma səviyyəsinə (3,9 milyard dollar) görə Gürcüstan (5,1 milyard dollar) və Ermənistandan (4,5 milyard dollar) geri qalır”.


S.Əliyev xatırladıb ki, Azərbaycan iqtisadiyyatında istehsalın həcmi Gürcüstandan 2,5 dəfə, Ermənistandan 3 dəfə böyükdür. Azərbaycanda 22, Gürcüstanda 17, Ermənistanda isə 18 bank fəaliyyət göstərir.

Vasif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri