Azərbaycan BƏMdən ədalətli qərar gözləyir | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarşılıqlı iddiaların araşdırılmasında beynəlxalq hüququn və bəşəri dəyərlərin aliliyi prinsipləri pozulmamalıdır Ermənistanın qanunsuzluqlarını Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) növbəti dəfə araşdıracaq.
İki ölkənin qarşılıqlı iddiaları əsasında aparılacaq məhkəmə araşdırmasının hansı qərarla yekunlaşacağını indidən söyləmək çətindir.
Nəzərə çatdıraq ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın tətbiqi ilə bağlı iddiasına və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair qərarını açıqlayıb.
BƏM Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasını, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxılmasını icraata götürüb.
Məlumdur ki, sonuncu məsələ öz aktuallığını bu gün qoruyub saxlamaqdadır.
Yəni, bu o deməkdir ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu davam edən işğal dövründə Ermənistanın soydaşlarımıza qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin BƏM-in araşdırma predmetinə çevrilmiş proses və onun 12 noyabr tarixli qərarına şərhində deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib.
Tam oxu
Xəbəri oxu