Icma.az
close
up
RU
Azərbaycan BƏMdən ədalətli qərar gözləyir

Azərbaycan BƏMdən ədalətli qərar gözləyir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qarşılıqlı iddiaların araşdırılmasında beynəlxalq hüququn və bəşəri dəyərlərin aliliyi prinsipləri pozulmamalıdır

Ermənistanın qanunsuzluqlarını Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) növbəti dəfə araşdıracaq. İki ölkənin qarşılıqlı iddiaları əsasında aparılacaq məhkəmə araşdırmasının hansı qərarla yekunlaşacağını indidən söyləmək çətindir.

Nəzərə çatdıraq ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın tətbiqi ilə bağlı iddiasına və Ermənistan tərəfindən qaldırılan ilkin etirazlara dair qərarını açıqlayıb. BƏM Ermənistan tərəfindən qaldırılmış etirazlara baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasını, o cümlədən, minalarla bağlı faktlara mahiyyəti üzrə baxılmasını icraata götürüb. Məlumdur ki, sonuncu məsələ öz aktuallığını bu gün qoruyub saxlamaqdadır.

Yəni, bu o deməkdir ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu davam edən işğal dövründə Ermənistanın soydaşlarımıza qarşı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktlarına görə işinin davam etdiriləcəyini təsdiqləyib.

Azərbaycanın Xarici İşlər Nazirliyinin BƏM-in araşdırma predmetinə çevrilmiş proses və onun 12 noyabr tarixli qərarına şərhində deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib. Şərhdə birmənalı şəkildə qeyd olunur ki, Azərbaycan onilliklər ərzində bir milyondan çox azərbaycanlıya qarşı sistemli şəkildə etnik təmizləmə həyata keçirdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək istiqamətində fəaliyyət göstərib.

Beləliklə, göstərilən səylər nəticəsiz qalmayıb. Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməlləri bundan sonra məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq.

Bundan az əhəmiyət kəsb etməyən ikinci məsələ hayların Azərbaycan torpaqlarında bizə qarşı törətdikləri mina terroru ilə bağlıdır. Məhkəmə, haqlı olaraq, Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Aydın məsələdir ki, məhz Ermənistanın mina təhdidi nəticəsində saylarının indiyədək artdığı mina qurbanları üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. XİN-in məlumatında o da xüsusi olaraq vurğulanır ki, sonuncu mina partlayışı hadisəsi cari ilin 10 noyabr tarixində baş verib və nəticədə bir Azərbaycan vətəndaşı xəsarət alıb.

İki ölkə arasında sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümidlərin yarandığı indiki məqamda yaşayış ərazilərimizin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, ikitərəfli dialoqda qarşılıqlı razılaşmanın əldə olunmasını, deməli, sülh sazişini təhdid altında qoyur.

* * *

Yeri gəlmişkən, onu da qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma deyil. Bundan ötrü digər beynəlxalq hüquqi formatlar da mövcuddur. Rəsmi Bakının həmin məhkəmə instansiyalarına göndərdiyi müraciətlərində Ermənistanın işğal dövründə ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ kobudcasına pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması iddiaları da öz əksini tapıb.

BƏM-in məlum qərarı ilə bağlı İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva da münasibət bildirib. O, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü beynəlxalq hüquqi iddialarına, o cümlədən bədnam qonşuların mina təhdidi ilə əlaqədar faktlara baxmaq qərarını dəstəklədiyini açıqlayıb. Ombudsman Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş fundamental hüquq və azadlıqlarının tapdandığını bir daha nəzərə çatdırıb, beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu, müharibə cinayətləri törədildiyini vurğulayıb.

İnsan hüquqları üzrə müvəkkilin açıqlamasında daha sonra qeyd olunur ki, azərbaycanlıların onilliklər boyunca davamlı olaraq pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində beynəlxalq səviyyədə atılan hüquqi addımlar ədalətin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

Sonda bir daha vurğulamaq istərdik ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın işğalçı ölkəyə qarşı hüquqi iddiasına, habelə Ermənistanın mina terroru ilə əlaqədar faktlara mahiyyəti üzrə baxılacağı barədə qərarını təqdirəlayiq hesab etmək olar. Hazırda sülhə aparan yolda süni maneələr yaratmağa çalışan, kənar təsirlərin sayəsində bölgədə sabitliyin yaranmasını əngəlləyən Ermənistanın işğal dövründə və ondan sonra ərazilərimizdə öz istehsalı olan minaların və mina tələlərinin yerləşdirilməsi ilə bağlı Azərbaycan tərəfinin fakt və sübutlarla müşayiət olunan iddialarının məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdlərinin məhkəmə tərəfindən rədd edilməsi ədalətin bərpa olunması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.

Rəsmi Bakı adında ədalət ifadəsi olan beynəlxalq məhkəmədən iddiada göstərilən fakt və sübutların yalnız obyektiv və qərəzsiz şəkildə araşdırılmasını gözləyir. Bu mənada ermənilərin yalan və dezinformasiyaya, təhrif olunmuş faktlara söykənən iddialarının sonda rədd ediləcəyinə əminliyimiz qətidir.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see357

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see350

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see342

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see342

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see339

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see336

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see314

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see301

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see290

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see260

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see260

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see253

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see247

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see227

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see225

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see225

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see218

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see216

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see206

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri