Azərbaycan Çeçenistanın yardım təklifini RƏDD ETDİ | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.
Modern.az xəbər verir ki, bunu Day.az-a Azərbaycan Prezident Administrasiyasından bildiriblər.
Qeyd edilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və Azərbaycan belə bir köməyi qəbul etməyəcək.
"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər.
Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik.
Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb.
Tam oxu
Xəbəri oxu