Icma.az
close
up
RU
Azərbaycan Çeçenistanın yardım təklifini RƏDD ETDİ

Azərbaycan Çeçenistanın yardım təklifini RƏDD ETDİ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, “Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar”.

Modern.az xəbər verir ki, bunu Day.az-a Azərbaycan Prezident Administrasiyasından bildiriblər. Qeyd edilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və Azərbaycan belə bir köməyi qəbul etməyəcək.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.

“Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb.
Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşlarıdır.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri