futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Futbolpress.az xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilib.
Ardınca Vətən Müharibəsi şəhidlərinin, Bakı-Qroznı reysində həlak olanların və ölkə şahmatının inkişafında xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb: “Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər.
Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da yarışda mübarizə aparacaq.
Bu da sevindirici haldır. Müəyyən mənbələrə əsaslanaraq demək olar ki, bu yarış kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci
Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik.
Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram”.