Icma.az
close
up
RU
Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Azərbaycan çempionatının açılış mərasimi keçirildi

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilib. Ardınca Vətən Müharibəsi şəhidlərinin, Bakı-Qroznı reysində həlak olanların və ölkə şahmatının inkişafında xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək tədbir iştirakçılarını salamlayıb:

“Çox şadam ki, güclü şahmatçılar çempionatda iştirak edəcəklər. Buna nail olmaq üçün xeyli işləməli olduq. Azərbaycanın hüdudlarından kənarda yaşayan şahmatçılar da yarışda mübarizə aparacaq. Bu da sevindirici haldır. Müəyyən mənbələrə əsaslanaraq demək olar ki, bu yarış kişilər arasında Azərbaycanın 80-ci, qadınlar arasında 75-ci çempionatıdır. Yarışın ədalətli keçməsini istəyirik. Şahmatçıların taxta arxasında döyüşkən və fəal mübarizə aparacağına ümid edirik. Əsl idman mübarizəsi olacaq. Maraqlı partiyalar görəcəyik. Hamınıza uğurlar arzulayıram”.

Ardınca Ulu Öndər Heydər Əliyevin Azərbaycan şahmatının inkişafında misilsiz rolundan danışan video göstərilib.
Gənclər və İdman Naziri Fərid Qayıbov ölkə başçısının hər il idmançılarla görüşdüyünü söyləyib:

“Təltif olunan arasında şahmatçımız da oldu. Daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Azərbaycan Şahmat Federasiyası yaxşı işlər görür. Azərbaycan çempionatının səviyyəsi qalxıb, şahmatçılarımız da buna layiqdirlər. Bu idman növü ölkəmizdə çox məşhurdur. Şahmatda nəticələrimiz ildən-ilə yaxşılaşır. İnanıram ki, bizi maraqlı çempionat gözləyir”.

Sonra “Sirab” brendi fəxri tərəfdaş olaraq Azərbaycan Şahmat Federasiyası tərəfindən təltif olunub.

Turnirin tanıtım videoçarxı nümayiş etdiriləndən sonra püşkatma mərasimi keçirilib. Püşk mərasimində AŞF-nin baş katibi İlahə Qədimova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirak edib.

Qeyd edək ki, ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri