Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və ölkəmiz milli maraqlarını qətiyy…
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir.
Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır.
Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir.
Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova konseptual müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, sülh müqaviləsi ətrafında danışıqlar prosesi, regional və beynəlxalq problemlərə dair sualları ətraflı cavablandırdı.
Dövlət başçısı müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna hər vəchlə mane olmağa çalışan dairələrdən də söhbət açdı.
Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri bundan sonra da yerinə yetirəcəyini diqqətə çatdırdı.
Dünyada geosiyasi vəziyyət həddən artıq qarışıqdır. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan qonşuları ilə, xüsusilə də Rusiya Feder
Tam oxu
Xəbəri oxu