Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və ölkəmiz milli maraqlarını qətiyyətlə qoruyacaq ŞƏRH

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və ölkəmiz milli maraqlarını qətiyyətlə qoruyacaq ŞƏRH

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan ikitərəfli və çoxtərəfli əsasda qonşu və digər dövlətlərlə müxtəlif sahələrdə bərabərhüquqlu, o cümlədən qarşılıqlı surətdə faydalı münasibətlər qurmaq, həmçinin əlaqələri inkişaf etdirmək kimi ümumi məqsədi tam şəkildə həyata keçirir. Bu mürəkkəb və çoxtərəfli proses çərçivəsində yürüdülən xarici siyasət ölkəmizin beynəlxalq aləmin önəmli aktoruna çevrilməsinə şərait yaradır. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan istər Qərbdə, istərsə də Şərqdə  tamamilə müstəqil xarici siyasət yürüdən aktor kimi qəbul edilir.

Prezident İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova konseptual müsahibəsində Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, sülh müqaviləsi ətrafında danışıqlar prosesi, regional və beynəlxalq problemlərə dair sualları ətraflı cavablandırdı. Dövlət başçısı müsahibəsində Azərbaycanın uğurlarına kölgə salmağa, rəsmi Bakının müstəqil siyasət yürütməsini gözü götürməyən və buna hər vəchlə mane olmağa çalışan dairələrdən də söhbət açdı. Ölkəmizin yaxın-uzaq qonşuları ilə münasibətlərində üzərinə düşən öhdəlikləri bundan sonra da yerinə yetirəcəyini diqqətə çatdırdı.

Dünyada geosiyasi vəziyyət həddən artıq qarışıqdır. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan qonşuları ilə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərini nəinki qoruyub saxlayır, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirir. 2022-ci ildə Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyir. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi. Belə bir bəyannamənin imzalanmasını ən mühüm siyasi addım kimi qiymətləndirən dövlət başçısı əlavə etdi ki, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır.

Bu gün hər iki ölkə arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmlənməsi və inkişafı tendensiyası müşahidə olunur. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qoruyub saxlayır. Bundan başqa, regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə yaxın əlaqələr saxlayır, şimal qonşumuzun regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Təbii ki, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında şəxsi etimad münasibətləri və yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur. 

Müsahibədə Prezident İlham Əliyev Ermənistanın və onun donorlarının destruktiv fəaliyyətinə də toxundu. İrəvanın Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığının regional təhlükəsizliyə birbaşa təhlükə törətdiyini bildirən dövlət başçısı Azərbaycanın adekvat tədbirlər görməyə məcbur olduğunu dedi. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olacağını diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlanmasının fəlakətə aparan yol olduğunu vurğuladı və İrəvana, eləcə də onun havadarlarına mesaj da göndərdi: "Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. 

Azərbaycanın Vətən müharibəsində qələbəsi Cənubi Qafqazda siyasi mənzərəni demək olar ki, tamamilə dəyişdi, eyni zamanda, bir sıra dövlətlər və siyasi qüvvələr tərəfindən Azərbaycanın yeni reallıqların formalaşmasında oynadığı tarixi rola Qərbin bəzi dövlətlərinin cavabı ağrılı, hətta isterik reaksiyalara səbəb oldu. Son zamanlar yeni geosiyasi mübarizə fəal şəkildə vüsət alır, bu mübarizədə aparıcı rolu Fransa və ABŞ kimi Qərb dövlətləri və itirilmiş mövqelərini bərpa etməyə çalışan Ermənistanın özü oynayır. Bu proseslərin fonunda Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin Ermənistanda necə revanşist əhval-ruhiyyəni qızışdırdığını, münaqişənin potensial bərpasına şərait yaratdığını görürük. Buna görə də, Prezident İlham Əliyev müsahibədə ermənilərə aydın şəkildə mesaj göndərdi-Azərbaycan istənilən hərbi təxribata cavab verəcək. 
Dövlət başçısı müsahibədə Qərbin bəzi ölkələrinin tənqidlərə alışmadığını, ədalətli iradlara üz çevirməyindən də danışdı. Bu, əlbəttə ki, “qoca qitə”nin eqoizmindən irəli gələn xislətidir. Müstəmləkə torpaqlarının təbii sərvətləri sayəsində bu gün özlərinə həyat yaradan Fransa və onun kimi ölkələr həqiqətləri eşidəndə qıcıqlanırlar. Prezident İlham Əliyev bununla bağlı diqqətə çatdırdı ki, keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Dövlət başçısı bunu qərblilərin şüurunda dərin kök salması ilə əlaqələndirdi. 

Bütövlükdə, Prezident İlham Əliyevin tutarlı cavabları və rasional məntiqi regionun gələcək inkişafı ilə bağlı nikbin əhval-ruhiyyə doğurur. Şübhəsiz ki, Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı tərəfdir və bu prosesdə ölkəmiz milli maraqlarını qətiyyətlə qorumaqdan çəkinməyəcək. 
Azərbaycan lideri qlobal düzəni dolğun təhlil etməklə bir daha ölkəmizin qəti mövqeyini nümayiş etdirdi.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri