Azərbaycan Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirəcək | Icm…
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. “Cənab Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumundakı çıxışı, Azə
Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.
Politoloq qeyd edib ki, Qarabağın dirçəlişi, "Böyük Qayıdış" strategiyası və Şuşanın simvolik əhəmiyyəti, həmçinin Forumun üçüncü dəfə Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilməsi Azərbaycanın "Böyük Qayıdış" siyasətinin konkret nümunəsidir.
Bu, nəinki ərazi bütövlüyünün bərpası, həm də regionun beynəlxalq arenada yeni imicinin formalaşdırılması məqsədi daşıyır: “Cənab Prezidentin "infrastruktur layihələrinin əksəriyyətinin başa çatdığı" vurğulaması, işğaldan azad edilmiş ərazilərdə bərpanın sürətli tempdə gedərək sosial-iqtisadi stabilizasiyaya xidmət etdiyini göstərir.
Cənab Prezidentin "Yaşıl Keçid Proqramı" və COP29-da "konstruktiv mühitin yaradılması" ilə bağlı ifadələri, Azərbaycanın neft iqtisadiyyatından çevrilmə strategiyasını və iqlim dəyişikliyi ilə mübarizədə regional lider olmaq istəyini əks etdirir.
Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlığın qeyd edilməsi, Azərbaycanın diversifikasiya siyasətində Asiya istiqamətinin artan rolunu vurğulayır”.
Nicat İsmayılov Nicat İsmayılov vurğulayıb ki, "Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək" ifadəsi, Azərbaycanın Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirmə strategiyasını təsdiqləyir.
“Ermənistanın tranzit ölkəyə çevrilmək şansının "sıfıra yaxınlaşması" ilə bağlı kəskin ifadə, Bakının İrəvanı sülh müqaviləsinə hazır olmağa çağıran təzyiq mexanizmi kimi şərh edilə bilər.
Tam oxu
Xəbəri oxu