Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirəcək

Azərbaycan Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“Cənab Prezident İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumundakı çıxışı, Azərbaycanın postmünaqişə dövründə regional liderlik ambisiyalarını, yaşıl enerji və davamlı inkişaf prioritetlərini, eləcə də beynəlxalq diplomatiyada konstruktiv rolunu açıq şəkildə ortaya qoydu”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, Qarabağın dirçəlişi, "Böyük Qayıdış" strategiyası və Şuşanın simvolik əhəmiyyəti, həmçinin Forumun üçüncü dəfə Qarabağın mədəniyyət paytaxtı Şuşada keçirilməsi Azərbaycanın "Böyük Qayıdış" siyasətinin konkret nümunəsidir. Bu, nəinki ərazi bütövlüyünün bərpası, həm də regionun beynəlxalq arenada yeni imicinin formalaşdırılması məqsədi daşıyır: “Cənab Prezidentin "infrastruktur layihələrinin əksəriyyətinin başa çatdığı" vurğulaması, işğaldan azad edilmiş ərazilərdə bərpanın sürətli tempdə gedərək sosial-iqtisadi stabilizasiyaya xidmət etdiyini göstərir.

Cənab Prezidentin "Yaşıl Keçid Proqramı" və COP29-da "konstruktiv mühitin yaradılması" ilə bağlı ifadələri, Azərbaycanın neft iqtisadiyyatından çevrilmə strategiyasını və iqlim dəyişikliyi ilə mübarizədə regional lider olmaq istəyini əks etdirir. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlığın qeyd edilməsi, Azərbaycanın diversifikasiya siyasətində Asiya istiqamətinin artan rolunu vurğulayır”.

Nicat İsmayılov

Nicat İsmayılov vurğulayıb ki, "Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək" ifadəsi, Azərbaycanın Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirmə strategiyasını təsdiqləyir.

“Ermənistanın tranzit ölkəyə çevrilmək şansının "sıfıra yaxınlaşması" ilə bağlı kəskin ifadə, Bakının İrəvanı sülh müqaviləsinə hazır olmağa çağıran təzyiq mexanizmi kimi şərh edilə bilər. Tramp administrasiyası ilə əlaqələrin "düz yol" kimi qiymətləndirilməsi və ABŞ ilə münasibətlərin "yüksək səviyyəyə qaldırılacağı" gözləntisi, Azərbaycanın Qərblə münasibətlərdə praqmatik yanaşmasını göstərir. Eyni zamanda, "Qərb mediasının ədalətsiz təsiri" ilə bağlı etiraz, Bakının müstəqil informasiya siyasətinə olan ehtiyacını vurğulayır. Minsk qrupunun ləğv tələbi, Qarabağ münaqişəsinin artıq bitməsi kontekstində Azərbaycanın beynəlxalq platformalarda yeni normativ formalaşdırmaq strategiyasının bir hissəsidir”-deyən politoloq bildirib ki, sülh müqaviləsi və Ermənistanla münasibətlər, Konstitusiyaya dəyişiklik şərti cənab Prezidentin Ermənistan Konstitusiyasına dəyişiklik və Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin şərti kimi qeyd etməsi, Bakının İrəvandan uzlaşmaya hazır olmaqla yanaşı, öz şərtlərini qoymaqda təkidli olduğunu göstərir.

Nicat İsmayılov qeyd edib ki, "Cənubi Qafqazın sabitlik məkanı olacağı" bəyanatı, Azərbaycanın regionda təhlükəsizlik arxitekturasında aparıcı rol iddiasını təsdiqləyir.

“Azərbaycan mediasının "beynəlxalq müstəvidə nüfuz qazanması" ilə bağlı fikir, dövlətin yumşaq qüvvə vasitəsi kimi informasiya mübarizəsinə verdiyi əhəmiyyəti əks etdirir. "Azərbaycandan Azərbaycana maneəsiz keçid" ifadəsi, ölkə daxilində sosial-siyasi bütövlüyün gücləndirilməsi mesajı kimi şərh olunur”-deyən Nicat İsmayılov vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın postmünaqişə dövründə yalnız ərazi bütövlüyünü deyil, həm də iqtisadi, ekoloji və informasiya sahələrində regional və qlobal təsirini genişləndirmək strategiyasını təcəssüm etdirir.

Politoloq bildirib ki, çıxışdakı "yeni reallıqlarla barışmaq" ifadəsi, dünyanın Azərbaycanın artan rolunu tanıması zərurətinə işarədir: “Bu yanaşma, milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlıq arasında tarazlıq quraraq, Azərbaycanı Cənubi Qafqazda sabitlik və inkişafın qlobal tərəfdaşına çevirir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 İyul 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri