Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə apardığı fəaliyyətin zirvə nöqtəsidir. Azərbaycan uzun illər davam edən mübarizənin nəticəsi olaraq, 44 günlük Vətən müharibəsində xalq-iqtidar birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə torpaqlarının böyük bir hissəsini işğaldan azad etdi”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.
O bildirib ki, daha sonra isə Azərbaycanın öz ərazisində separatçılığa əsla yol verməyəcəyi dəfələrlə bəyan edildi:
“Bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə Azərbaycan öz süveren hüquqlarını tam bərpa etdi. Bu əməliyyat təkcə ölkəmizin ərazi bütövlüyünü deyil, eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülhün əsasını qoydu. Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur oldu. 2024-cü il avqustun 8-də Vaşinqtonda imzalanan üçtərəfli bəyanatla bu öhdəlik rəsmiləşdirildi”.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu tarixi qələbələri şəhidlərimizin canı və qanı bahasına qazandı:
“Mənim öz yaxın qohumum da dayım qızının nəvəsi həmin antiterror əməliyyatında şəhid olmuşdur. Şəhidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad ediləcək. Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Həmin ərazilər artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilir, onlarla xarici dövlət başçıları bölgəyə səfər edir. Azərbaycan xalqı öz müstəqilliyini, dövlətçiliyini və suverenliyini qorumaqda qətiyyətlidir. Bu qətiyyətin arxasında həm xalqın iradəsi, həm də Prezident İlham Əliyevin uzaqgörən liderliyi dayanır. Biz qalib xalqıq, biz qurucu xalqıq. Bu, sadəcə şüar deyil gündəlik əməli fəaliyyətlə sübut olunan bir reallıqdır”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.